Daha bir tibb müəssisəsinin rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxsin müraciəti əsasında Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonunda yerləşən 45 nömrəli şəhər poliklinikasında radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün bu tibb müəssisəsinə baxış keçirilib.
Baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və "xüsusi icazə"nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan 1 ədəd rentgenoqrafiya və 1 ədəd portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı