Daha iki zəngin biznesmen Rusiya vətəndaşlığından imtina etdi
Amerikada fəaliyyət göstərən "Veeam Software" və "Object First" İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.
KONKRET.az xəbər verir ki, sözügedən iş adamları 2017–2021-ci illərdə "Forbes" nəşrinin "Rusiyanın 200 ən zəngin iş adamı" siyahısına daxil olublar.
Hər iki sahibkar uzun müddətdir, xaricdə yaşayır. Baronov İsveçrədə, Timaşev ABŞ-də məskunlaşıb. Onlar Rusiyanın Kiprdəki səfirliyində vətəndaşlıqdan çıxmaq prosedurunu tamamlasalar da, Kipr vətəndaşlıqlarını saxlayıblar.
2020-ci ildə Baronovun sərvəti 770 milyon dollar, Ratmir Timaşevin sərvəti isə 680 milyon dollar məbləğində qiymətləndirilib.
Beləliklə, iki il ərzində Rusiya pasportunu təhvil verən zəngin iş adamlarının sayı 9-a çatıb. Baronovla Timaşevdən öncə isə Rusiya vətəndaşlığından Timur Turlov, Yuri Milner, Nikolay Storonski, İqor Makarov, Vasili Anisimov, Ruben Vardanyan, Oleq Tinkov imtina ediblər.
Xatirə SADİQ,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi