"Daha siyasət mənlik deyil" - Əli Kərimli Fransadan tezislər alır?

" class="imgbcode" />Otuz beş il əvvəl Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başlayanda çoxu bu münaqişənin tezliklə yekunlaşacağını düşünürdü. Amma zaman göstərdi ki, regional münaqişəyə çevrilən Ermənistan-Azərbaycan münasibətlərinin həll olunmasına illər lazımdır və Cənubi Qafqazdakı bu münaqişə ocağı yalnız 35 ildən sonra sakitləşmək mərhələsindədir. Geridə qalan bu müddətdə bir çox siyasi hadisələr cərəyan edib və xeyli ictimai-siyasi proseslərin şahidi olmuşuq. SSRİ-nin dağılması, müttəfiq respublikaların müstəqilliklərini elan etmələri, silahlı münaqişələr, dövlət çevrilişləri və digər xoşagəlməz proseslər 1990-cı illərin yaddaqalan hadisələrindən idi. Azərbaycan da doxsanların alovlu günlərində xeyli məşəqqətlər yaşadı, nəticədə 20% ərazimiz işğal altına düşdü və 1 milyona yaxın azərbaycanlı qaçqın həyatı yaşamağa məcbur oldu.
Bu, sadəcə 90-cı illərə qısa bir baxış olsa da, məqsəd həmin illərdə yaşanan ictimai-siyasi həyata ötəri nəzər salmaq idi.
Nələrin baş verməsindən, nələrin dəyişməsindən asılı olmayaraq, Azərbaycan müstəqillik yolunda ölüm-dirim savaşında ayaqda qalmağı bacardı. Beynəlxalq güclər ildən-ilə güclənən Azərbaycanı torpaqlarının işğalı ilə barışmağa razı salmaq istəsə də, bu, sadəcə mümkün deyildi. Azərbaycan işğal altındakı əraziləri azad etmək üçün ciddi hazırlaşır və ən son silahları tədarük edirdi. Nəhayət, üç il əvvəl başlanan Vətən müharibəsində düşməni darmadağın edən Azərbaycan Ordusu məqsədinə nail oldu və ərazilərimizi işğaldan azad etdi.
Bəli, Azərbaycan torpaqları işğaldan azad edildi. Yeddi rayon və Qarabağın əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirən Azərbaycan Silahlı Qüvvələri yeni-yeni zəfərlər qazanmaq üçün Ali Baş Komandanın əmrini gözləyirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə işğaldan azad olunan ərazilərə tez-tez baş çəkir və dünya birliyini erməni vəhşiliyindən xəbərdar etmək üçün işlər görürdü. Füzuli və Zəngilanda hava limanlarının açılması, Şuşada vaxtaşırı beynəlxalq tədbirlərin keçirilməsi, Laçına və Füzuliyə insanların qayıtması Azərbaycanın başladığı işi uğurla yekunlaşdırmasına işarə idi. Qarabağda yerləşən bir qrup qeyri-qanuni erməni silahlı birləşmələrinin təmizlənməsi əməliyyatı uğurla başa çatdıqdan sonra isə Azərbaycan Qarabağ üzərində öz suverenliyini tam bərpa etdi.
Amma Qərbin dəstəyi ilə Azərbaycanda siyasi sabitliyi pozmağa çalışan bir qrup "vətənpərvər" isə ictimai qınaqdan çəkinib, böyük qələbəni təqdir etməyə məcbur olsa da, qazanılan qələbəni sanki həzm edə bilmirlər. Əli Kərimlinin rəhbərlik etdiyi bir dəstə adamın arqumentlərini isə heç ermənilərin özləri dilə gətirməyə cürət etmir. Böyük qələbəyə qısqanclıqla yanaşan Əli Kərimli internet televiziyalarına tez-tez müsahibələr verir və prosesləri analiz edir.
Başdan-ayağa qərəzli fikirlərlə zəngin olan müsahibələri sanki Avropa Parlamentində Azərbaycan əleyhinə hansısa fransız səsləndirir. Bütün bunlar isə onun siyasi korluğunun, məsələyə antidövlət, antimillət yanaşmasının nəticəsidir. Ə.Kərimlinin Azərbaycan Prezidentinin Xankəndidə bayraq qaldırmasına münasibəti isə Ermənistandakı partiya rəhbərlərinin, siyasi şərhçilərin mövqeyindən fərqlənmir. "İlham Əliyev niyə Xankəndiyə məhz oktyabrın 15-də getdi?", – deyə sual verir. Əli Kərimlinin Azərbaycan ərazilərini işğaldan azad edən Ali Baş Komandanın gördüyü işlərə kölgə salmaq cəhdləri nə qədər uğursuz olsa da, verdiyi sual da o qədər qərəzlidir. İlham Əliyevin Xankəndidə özünün prezident seçilməsinin 20 illiyini qeyd etməsi tarixi  hadisədir, bunu da AXC sədri çox gözəl anlayır və xalqın inamını, etibarını qazanan Prezidentə xüsusi qısqanclıq, siyasi dözümsüzlük nümayiş etdirir.
Digər tərəfdən, növbəti prezident seçkilərində İlham Əliyevlə heç bir namizədin mübarizə aparmaq gücündə olmadığını yaxşı anlayır. Ona görə də qələbəyə kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, əsəblərə toxunan arqumentlər gətirir. Bildirir ki, guya Qarabağın işğaldan azad olunması tarixi zərurət imiş. Nə qədər gülməli səslənsə də, bunu Azərbaycanda siyasi partiyanın rəhbəri deyir; özü də utanmadan-çəkinmədən…
Əli Kərimlinin sözlərindən belə çıxır ki, Putinlə Paşinyan Qarabağı Azərbaycana peşkəş ediblər. Yəni necə olursa-olsun ictimaiyyətə İlham Əliyevin bu qələbəyə sadəcə seyrçi mövqedən yanaşdığını sırımağa çalışır. Səbəbi aydındır və özünü Azərbaycanda bir nömrəli müxalifətçi hesab edən Əli Kərimli hakimiyyətə gəlmək üçün belə ucuz metoddan istifadənin keçərli olacağını düşünür.
Tez-tez məsləkdaşı Sevinc Osmanqızının ABŞ-dan yayımlanan verilişlərinə də qoşulan, baş verənlərə sadəcə öz arşınıyla yanaşan, Qarabağın azad olunmasına fərqli mövqe nümayiş etdirən Əli Kərimli, görünür, öz "elektoratının" sayıqlığını yoxlamaq istəyir. Amma "Facebook"da özünün paylaşdığı son videosuna yazılan şərhləri oxusaydı, yəqin özünə qarşı münasibəti dərhal hiss edərdi, antimilli çıxışına kəskin reaksiyalardan sonra bir daha siyasət adı çəkməzdi. Qərbdəki dostlarına da "daha siyasət mənlik deyil" deyərdi.
Otuz illik işğala son qoyan sərkərdənin əməyini görməzdən gələn bu tip siyasət adamlarının təlimatı Qərbdən almasına heç kəsin şübhəsi yoxdur. Onların çaldığıyla oynayan Əli Kərimli və digərləri nə vaxtsa hakimiyyətə gəlməyə ümid edirlər. Amma yanılırlar. Bir məsələni də yaddan çıxarırlar ki, özlərinin uydurduqları yalana onlardan başqa inanan yoxdur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 23 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Serbiya prezidenti Aleksandar Vuçiç gözlənilməz açıqlama ilə gündəmə gəlib. KONKRET.azxəbər verir ki, Aleksandar Vuçiç Belqradda keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı yaxın vaxtlarda prezident vəzifəsindən ayrılacağın

CHP-dən kütləvi istefa iddiasına cavab gəldi

CHP-nin keçmiş sədri Özgür Özəl partiyadan 86 millət vəkili və 74 vilayət sədrinin Anadolu Birliyi Partiyasına keçəcəyi barədə yayılan iddiaları təkzib edib. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, bu məlumatlar həqiqət

"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir

"Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəy

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefo

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb

Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar. xəbər veri

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətin

Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek

Türkiyənin müxalif "Vətən" partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini "ittifaqın dəfn mərasimi" adlandırıb. teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsraili

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. KONKRET.azxəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndəriləcək


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az ən son xəbərlər bugün metbuat xeberleri en sonxeber