Damarları təmizləyən, dərini cavanlaşdıran TƏBİİ üsul

Damarları təmizləyən, dərini cavanlaşdıran TƏBİİ üsulAlma sirkəsindən əsrlər boyu müalicə məqsədilə istifadə edilmişdir. Çünki alma sirkəsi tərkibində alma turşusu olan bir şəfa qaynağıdır. Bunun əsas səbəbi  tərkibində çoxlu C vitaminin, kalsiumun, kaliumun və müxtəlif faydalı kimyəvi birləşmələrin olmasıdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur - immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir. Tərkibindəki maddələr alma sirkəsinin aşağıdakı xüsusiyyətlərə malik olmasına səbəb olur:
-qanı duruldur
-qızdırmanı aşağı salır
-sinir sistemini sakitləşdirir
Alma sirkəsinin maddələr mübadiləsini sürətləndirmək və bir çox xəstəliklərin baş vermə riskinin azltmaq qabiliyyəti vardır. Tərkibində olan vitaminlər sayəsində orqanizmin müqavimətini artırır, tərkibində olan kalsium sayəsində sümükləri möhkəmləndirir.
Bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. Həzmi sürətləndirmək məqsədilə sirkə qatılmış suyu gün ərzində bir-neçə dəfə içmək lazımdır. Sirkə meyvə suyuna qarışdırılaraq qəbul edildikdə daha effektli olur.
Alma sirkəsini bala qarışdırıb içmək qastrit ağrılarının aradan qaldırır. Suya qatılmış alma sirkəsini içmək və iyləmək burun boşluqlarında yığılıb qalmış iltihabı axıdır və burun boşluqlarına antiseptik təsir göstərir. Tərkibində olan maddələr sayəsində dərinin pH balansının ödəyir və bədənin iylənməsinin qarşısını alır. Alma sirkəsi qatılmış su ilə ayaqları vanna etdikdə ayaq iylərindən xilas olmaq olur. Bu məqsədlə ayaq vannası edilən suya 2 stəkan alma sirkəsi əlavə edilir və ayaqlar ən azı 15 dəqiqə vanna edilir.
Alma sirkəsi qatılmış su içmək soyuqlama əlamətlərini də aradan qaldırır, boğaz iltihabına faydalı gəlir, bala qatılıb içildikdə öskürəyi kəsir və yorğunluğu aradan qaldırır. Bunun üçün 1 stəkan meyvə suyuna 1 çay qaşığı alma sirkəsi qatılıb içilir.
Srkəs qatılmış su ilə ağız boşluğunu yaxaladıqda ağız qoxusu aradan qalxır, diş dibi iltihabları sağalır. Bunun üçün sirkə qatılmış su ilə ağız 10 saniyə qarqara edilir. Bu vasitə ilə dişlərdə olan sarı ləkələr təmizlənir və dişlər ağarır.
Bundan əlavə, alma sirkəsi qatılmış su içmək bağırsaq bakteriyalarını da öldürür. Bağırsaqlarda olan göbələkləri təmizləməklə saçlarda və dırnaqlarda olan göbələk xəstəliklərinin kökünü kəsir. Bunun baş verməsi üçün 1-2 ay müddətində hər gün acqarına 1 çay qaşığı alma sirkəsi qatılmış su içmək lazımdır.
Sirkəsi qatılmış su qəbul etmək qanda şəkərin miqdarının da normallaşmasına səbəb olur.
Artıq piylərdən tez bir zamanda xilas olmaq üçün alma sirkəsi qarışdırılmı isti su içməklə  olur. Bu məqsədlə hər səhər acqarına 1 stəkan isti suya 1 çay qaşığı alma sirkəsi tökülüb içilir. Tez bir zamanda arıqlamaq istədikdə gün ərzində bir neçə dəfə bu qarışımdam içməklə artıq çəkidən azad olmaq olur.
Alma sirkəsini ev şəraitində hazırlamaq olar. Bunun üçün 1 kq alma (qabıqlı) sürtgəcdən keçirilir, üzərinə 1 l qaynanmış ilıq su tökülür, 40 qr ovumuş qara çörək, 10 qr maya və 1/2 stəkan şəkər tozu əlavə olunur və qarışdırılır. Qarışığı 10 gün ərzində otaq temperaturunda saxlayın, gündə 2 dəfə qarışdırın. Sonra yaxşı süzün və butulkalara tökün. Daha 1 həftə saxlayın və sonra müalicə üçün istifadə edin.
Hər gün 1 stəkan ilıq suya 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər maraqlı xəbərlər xeberler krminal bu gun