Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARAvqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.
azxeber.com xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkiblər.
Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verilib.
1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib.
Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var.
Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir.
Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi - Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.
Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.
"Yeni Daşkənd" ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri olacaq.
Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb, onlarla söhbət ediblər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLARDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR

Siyasi       Tarix: 24 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026