Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb

Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıbÖzbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. S.Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, "Uzkimyosanoat" ASC-nin İdarə Heyətinin sədri Jurabek Mirzamaxmudov, "Uzeltexsanoat" Assosiasiyasının sədri Mirziyod Yunusov, "Uztekstilprom" Assosiasiyasının sədri İlxom Haydarov və Azərbaycan Zərgərlik Assosiasiyasının sədri Toğrul Abbasquliyev iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.
Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.
"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum"u agentliyin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı"nı Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu"nu ölkəmizin energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar.
Həmçinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın "Özarxiv" Agentliyinin sədri Uluqbek Yusubov, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu"nu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO" ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu agentliyin rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin direktoru Uluqbek Kasimxocayev imzalayıblar.
Bundan əlavə imzalanan sənədlər arasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov tərəfindən imzalanan "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərmaş"ın İdarə Heyətinin sədri Emin Axundov və "Uzavtosanoat"ın sədrinin müavini Sardor Taciyev tərəfindən imzalanan "Azərmaş" ASC ilə "Uzavtosanoat" SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum", "NərgizMED"in direktoru Məlahət Şahramanova və "Meri Naturel"in direktoru Miravzal Mirsadikov tərəfindən imzalanan "Azərbaycanın "NərgizMED" şirkəti ilə Özbəkistanın "Meri Naturel" şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum" da var.
"Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə "Uztekstilprom" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinin müavini Səkinə Babayeva və "Uztekstilprom" Assosiasiyasının sədrinin müavini Mirmuxsin Sultanov, "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə "Uzpromstroymaterialı" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Tikintin Materialları İstehsalçıları Assosiasiyasının sədrinin müavini Mayis Qasımov və "Uzpromstroymaterialı" Assosiasiyasının sədrinin birinci müavini Azizbek Baxodırov imzalayıblar.
Həmçinin Forum çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.
Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistan Milli Elmlər Akademiyası adından akademik Yuldaşev Bexzod imzalayıb.
Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.

Siyasi       Tarix: 22 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal bugun hava proqnozu sonxəbərlər xeberler bugun 2026