Daşkəsənə dolu yağdı
Bir neçə gündür hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.
KONKRET.az xəbər verir ki, bu gün saat 13 radələrində leysan yağışından sonra təxminən 10-15 dəqiqə rayon mərkəzinə, rayonun Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyəsi artıb.
Rayon icra hakimiyyətindən APA-ya bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.
Qeyd edək ki, Gədəbəyə isə yağışdan sonra güclü sel gəlib.
Xatırladaq ki, iyunun 10-da saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü dağlıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan dəyib, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanıb, elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR