Dava yorğan davası deyilmiş - İranın NARKOTRAFİK DƏRDİ və AZƏRBAYCAN

Dava yorğan davası deyilmiş - İranın NARKOTRAFİK DƏRDİ və AZƏRBAYCANİran və onun hərbi institutlarının son narahatlıqları bilirsiz nə ilə bağlıdır?
KONKRET.azBakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun bu suala cavabını təqdim edir:
"Məlumdur ki, İranın 2005-ci ildə nail olduğu uğurlardan biri şiə ayparasını quraraq İraq, Suriya, Livan, daha sonra Yəməndə siyasi-hərbi üstünlük əldə etməsi idi. Məlumdur ki, İrana yaxın proksi qrupları və hərb maşınının xarici ölkələrdə saxlanması üçün ərazilərdə qaçaqmalçılıq altında maliyə əldə edilməsi təşkil edilir. Həmin qanunsuz ticarət marşrutlarından biri də Şərqi Zəngəzur-İrəvan-Avropa marşrutu idi. Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Təsadüfi deyil ki, Şərqi Zəngəzurun Azərbaycana qayıtmasından sonra 2021- 2022 ci illər ərzində İranla sərhəddə saxlanılan narkotiklərin həcmi əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.
Qeyd edim ki, hələ müharibəyə qədər "Vikileaks" saytı bu haqda dəqiq informasiyalar dərc etmişdi. Amerikalı diplomatların narkotik maddələrin daşınması haqqında yazışmalarında Əfqanıstan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu xüsusi olaraq xatırlanırdı.
Həmin məlumatlarda nəzarətsiz ərazilərdə qanunsuz silah alveri, insan qaçaqmalçılığı və narkoticarətdə Ermənistanın sabiq prezidentləri Robert Koçaryan, Serj Sarkisyan, Serj Sarkisyanın qardaşı, Ermənistanın keçmiş baş prokuroru Aqvin Ovsepyan, Sünik (Zəngəzur) vilayətinin eks qubernatoru Suren Xaçatryan, Qarabağdakı separatçıların keçmiş "liderləri"nin adları var idi.
Bu kontekstdə, aydın məsələdir ki, Azərbaycan işğala son qoymaqla həm də bölgədəki qanunsuz biznes şəbəkələrinin maraqlarına son qoyub.
Son 2 ildə Azərbaycana qarşı sərt reaksiyaların qonşu dövlətlərin hansı qrupları tərəfindən verildiyini nəzərə alsaq, bölgənin yenidən idarəolunmayan xaotik coğrafiyaya çevrilməsində kimlərin maraqlı olması aydındır.
Amma, həmin regional subyektlər bilməlidirlər ki, ən son Astanada onların addımlarının Azərbaycan tərəfindən qəbul edilməyəcəyi başa salınıb. Əfsuslar olsun ki, İran tərəfi Astana görüşündə Bakının arqumentlərindən lazimi nəticələri çıxarmaqdansa, tankların lüləyini şimala tərəf istiqamətləndirdi. Unutmasınlar ki, Azərbaycan sərhədlərimizi keçməyə hazır olan ordulara qarşı müalicə reseptini çox yaxşı bilir".
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 19 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 hava proqnozu xeberler bugun hava durumu