"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO

"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO
Fevralın 19-da Vətən müharibəsində şanlı Zəfərimizin 100 günü münasibəti ilə Bakı şəhərində "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi olan "Bakı Dayaq Mərkəzi"nin təntənəli açılış mərasimi keçirilib. 
Mərasimdə Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, müşaviri İsrafil Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Babək Məmmədov, millət vəkili Məşhur Məmmədov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və hərəkatın təşəbbüs qrupunun üzvləri Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlı da iştirak edib. Mərasim "Bakı Dayaq Mərkəzi"nin rəmzi açılışını bildirən qırmızı lentin kəsilməsi ilə start götürüb. 
"Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı rəsmilər və qonaqlarla birgə mərkəzlə tanış olub, daha sonra Katibliyin heyətini bir-bir təqdim edib, hər biri haqqında məlumat verib və onların qarşısında duran hədəflərdən söhbət açıb. Mərasim zamanı Məşhur Məmmədov "Davam" Gənclər Hərəkatının fəaliyyətinin genişlənməsinə göstərdiyi xüsusi dəstəyə görə "Davamçı" milli mükafatı ilə, Azərbaycan Texniki Universitetinin əlaçı tələbəsi Nihad Kazımzadə "Davam" Gənclər Hərəkatının 1000-ci üzvü olduğu üçün "1000-ci Davamçı" adı ilə, Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüsü, qəbul imtahanlarında 700 bal toplayaraq tələbə adı qazanan Mahirə Əsədzadə isə hərəkatın 2000-ci üzvü olduğu üçün "2000-ci Davamçı" adı ilə təltif olunub. 
Yüksək səviyyəli şəraitə malik olan "Bakı Dayaq Mərkəzi" tarixi görünüşü, gözəl dizaynı, yerləşməsi, sürətli internet sistemi və müasir standartlara cavab verən otaqları ilə artıq gəncliyin xidmətindədir. "Bakı Dayaq Mərkəzi"nin daxilində Layihələr Mərkəzi, Davamlı İnkişaf Mərkəzi, Koordinasiya Mərkəzi, "Davam Kafe", Maliyyə və Fandreyzinq Mərkəzi və sədrin, katibliyin iş otaqları yerləşir. 
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı Vətən müharibəsi dövründə yaranan gənclər hərəkatıdır. Təsis olunduğu andan etibarən davamlı olaraq fəaliyyət göstərərək 2000-dən çox gənci öz ətrafında birləşdirməyi bacaran hərəkat sürətlə böyüyür. Təsis olunduğu ilk həftələrdə həyata keçirdiyi "Qarabağ meşələrini qoruyaq!" adlı kampaniya beynəlxalq ictimaiyyətin nəzərini Ermənistan tərəfindən törədilən ekoloji terrora çəkmək üçün əlverişli addım oldu. Hazırda "Davam" Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyədə "BLACKGARDEN" adlı startup geyim markası fəaliyyət göstərir. Bu geyim markasının fərqi və əhəmiyyəti ondan ibarətdir ki, istehsal olunan malların üzərində Azərbaycan həqiqətləri öz əksini tapır. 
Bununla yanaşı "Davam" Gənclər Hərəkatı müxtəlif Gənclər Evləri ilə əməkdaşlıq quraraq ölkəmizin yaşıllaşdırılması istiqamətində ağacəkmə aksiyaları, Vətən müharibəsində şəhid və qazi olan gənclərin ailələri ilə görüşlər, maddi yardıma ehtiyacı olan aztəminatlı ailələrlə, eləcə də valideyn nəvazişindən məhrum olan, dövlətin və cəmiyyətin qayğısına ehtiyac duyan uşaqlarla həm maddi, həm də mənəvi cəhətdən dəstək görüşləri keçirib. 2 fevral - Gənclər Günü ilə bağlı "Davam" Gənclər Hərəkatının üzvləri tərəfindən "Twitter" sosial şəbəkəsində #ŞəhidimİZ həştəqi ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimiz haqqında foto və məlumat paylaşılıb. On mindən çox tvit atılan kampaniyanın əsas məqsədi şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaq olub. 
"Davam" Gənclər Hərəkatının əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir. "Bakı Dayaq Mərkəzi" bu məqsədlər istiqamətində növbəti əməli addımdır.
"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO

Sosial       Tarix: 22 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az