Dayısı COVİD 19-dan ölən həkim də VİRUSA YOLUXDU: Qızıma qovuşmaq istəyirəm - FOTO

Dayısı COVİD 19-dan ölən həkim də VİRUSA YOLUXDU: Qızıma qovuşmaq istəyirəm - FOTO1 saylı Kliniki Tibbi Mərkəz ("Semaşko") iyunun 18-dən etibarən bütünlüklə COVİD 19 xəstələrini qəbul etməyə başladı. Artıq 4 ay idi ki, koronavirus xəstələrinin psixiatrik konsultasiyası ilə məşğul idim. Son vaxtlar, təbii ki, xəstələrlə psixiatrik konsultasiya vaxtı hər bir xəstə ilə 20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə məşğul olurdum. İstər-istəməz virus yükü qoruyucu geyimlər, maska, əlcək olmasına baxmayaraq orqanizmdə artır. 
Bunu Milli.Az-a müsahibəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") koronavirusa yoluxan konsultant psixiatrı Aytən Namazova deyib:
Dayısı COVİD 19-dan ölən həkim də VİRUSA YOLUXDU: Qızıma qovuşmaq istəyirəm - FOTOSəhhətinizdəki hansı şikayətlərinizdən sonra yoluxduğunuzdan şübhələndiniz?
- Bir neçə müddət idi ki, gün ərazində ümumi halsızlıq, yorğunluq, taqətsizlik hiss edirdim.  Bunu, sadəcə, iş rejimi ilə əlaqədar olaraq xroniki yorğunluq sindromu kimi qiymətləndirirdim. Artıq iyulun 5-i tarixi axşam saatlarında səhhətimdə narahatlıqlar yarandı, temperatur yüksəldi, aşırı halsızlıq şikayətlərimlə çalışdığım 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") qəbul şöbəsinə müraciət etdim. Kompüter Tomoqrafiya (KT) olundum, COVİD-19 infeksiyasına görə yaxma götürüldü. Yaxmanın (Testin) nəticəsi neqativ olaraq dəyərləndirildi. Testin neqativ, pozitiv olmağı bir o qədər fərq etmir, əsas klinik əlamətləridir. Günbəgün, saatbasaat xəstəliyin klinik əlamətləri irəliləyirdi. Aşırı tənginəfəslik, boğulma hissi, boyun-boğaz nahiyəsində göynəmə, yanğı hissi, temperatur yüksəkliyi, öskürək başladı. 
Bir çox həmkarlarınız bu gün COVİD 19-a yoluxub. Bu xəstəliyi digərlərindən fərqləndirən nədir?
- KT müayinəsində ilk dəfə elə bir şey göstərilməsə də 3-4 gün sonra rentgendə pnevmoniya başlamışdı. Koronavirus sürətli olaraq günbəgün ağırlaşan bir xəstəlikdir. Ola bilər 5 gün qabaq heç nə olmasın, 3 gündən sonra koronavirus ağciyərlərdə ciddi dəyişikliklər yaratsın. Bir az geciksəydim, bu, mənə ağır fəsadlarla başa gələ bilərdi. İnanırsınız, bu xəstəlik insanı elə bir formada yaxalayır ki, son dönəmlər yaranan halsızlıq, taqətsizlik halından insan öz zövq aldığı işi görməkdə, qidalanmaqda, gündəlik həyat tərzində gördüyü işlərdə çətinlik çəkir. Mən xəstəliyin tez üstünə düşdüm, ağırlaşmağa qoymadım. Özüm xəstələrlə gündə ünsiyyətdə olduğum üçün bu xəstəliyin onlarda yaratdığı dəyişikliyi görürdüm deyə o simptomları özümdə hiss etdikdə artıq yoluxduğumu anladım. Hal-hazırda müalicəni Bakı Sağlamlıq Mərkəzində davam etdirirəm.
Dayısı COVİD 19-dan ölən həkim də VİRUSA YOLUXDU: Qızıma qovuşmaq istəyirəm - FOTOHazırda durumunuz necə qiymətləndirilir?
- Vəziyyətim əvvəlki günlərə nisbətən qismən stabilləşmək üzrədir. İlk günlər vəziyyətim yaxşı deyildi amma. Sizlə danışmaq üçün qalxdım ayağa, su içdim, oksigen qəbul etdim, sonra sizlə danışa bildim. Gündəlik bir neçə dəfə inqalyasiyaya qoşuluram, müalicəm çox yaxşı gedir, temperatur düşür. İnanın ki, sanki həyata ikinci dəfə gəlirəm. Məndə xəstəlik başlayanda orta-ağır formada başladı. İndi nisbətən stabilləşir, kafi kimi qiymətləndirilir. İnşallah, ümid edirəm ki, tezliklə sağalıb ayağa qalxacam. İnanın mənə, bu dönəmdə karantin rejiminə riayət etmək lazımdır. Mütləq şəkildə tibbi maska taxmaq, maksimal dərəcədə izolyasiya qaydalarına əməl etmək, kütləvi olaraq toplaşdıqda belə sosial məsafə mütləq saxlanılmalıdır. 
Bilirik ki, həkim dayınız da COVİD 19-un qurbanı olub. Siz özünüzdə bu xəstəliyin simptomlarını hiss etdikdə dayınızın koronavirusdan dünyasını dəyişdiyini xatırlayarkən hansı hissləri keçirdiniz?
- İnanın, nəyinki dayımın (24 iyun tarixində Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb - red), həmçinin bizim klinikada müalicə olunan digər xəstələrdə baş verən ağırlaşmalar, gözlərində yaşamaq sevgisi, ümid dolu baxışları, gündəlik olaraq xəstəxana divarları arasında o yaşadıqları gözümün qarşısına gəlir. Hələ mən psixiatoram, özümü psixoloji olaraq hazırlasam belə, xəstəlik keçirən insan üçün bu, çox çətindir. Xəstəliyin klinik əlamətləri o qədər sürətli inkişaf edir ki, müalicə tez başlanmalıdır. Məsuliyyətsizlik etmək olmaz. Temperatur bəzən qalxır, düşünürlər ki, düşəcək. Axı bu ağciyərlərdə də ciddi potologoya verir, geri dönməz proses verir. O da ki gələcək həyatlarında çox ciddi dəyişikliklə, hətta ölümlə belə nəticələnə bilər. Ona görə dərhal həkimə müraciət etmək lazımdır, gecikmədən, yubanmadan. 
Dayısı COVİD 19-dan ölən həkim də VİRUSA YOLUXDU: Qızıma qovuşmaq istəyirəm - FOTOAilənizi neçə müddətdir görmürsünüz?
- Ailəliyəm, 7 yaşında bir qız övladım var. Bir neçə aydır ki, mən onun üzünü görmürəm (qəhərlənir). İnşallah, sağalıb qızıma qovuşmaq istəyirəm.
Təhməz Təkin
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər valyuta mezennesi 2026 sonxeber xeber.az 2026