Dayısı oğluna gücü çatmadı, hirsini qadından çıxdı — Məhkəmə

Dayısı oğluna gücü çatmadı, hirsini qadından çıxdı — MəhkəməSamux rayonunda 1998-ci il təvəllüdlü Cəlal bacısı Naziləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Samux rayonunun kəndində baş verib. Cəlal kənddə yerləşən yaşadığı evdə bacısı Nazilə ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb və dava zamanı əlində olan taxta parçası ilə onun hər iki qollarına, hər iki bud və bədənin müxtəlif nahiyyələrinə bir necə dəfə zərbə endirib.
Cəlalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, Samux rayonun kəndində və anası ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur: "Mən hadisədən 2-3 gün əvvəl Rusiyada yaşayan dayım oğlu Əmrah ilə telefonla hal əhval edərkən bacım Nazilə mənim evdə səs-küy saldığımı, ev əşyalarımı satmağımı və münaqişə yaratmam barədə məlumat verdi. Bu səbəbdən Əmrah mənə öz iradını bildirdi. Əmrah məndən yaşca böyük olduğuna görə ona bir daha evdə münaqişə yaratmayacağım barədə söz verdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yaşadığı evdə olan zaman bacısı Nazilə və anası evə gəlib: "Anamdan nə üçün mənim qiybətimin aparılmasını soruşdum. Bacıma isə nə üçün barəmdə dayım arvadına söz dediyini irad bildirdim. Bacım isə dayım arvadına heç bir söz demədiyini söylədi. Bu zaman bacımın yalan danışmasına əsəbləşdim və nə üçün evinin sirrini, söhbətimi kiminsə bilməsinə şərait yaratdığını dedim. Daha sonra yerdə olan taxta parçasını əlimə alaraq bacımın üstünə getdim, hər iki qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq döydüm. Bu zaman anam araya girərək nə üçün qızının tərəfini saxladığını bildirdim. Bu vaxt bacım qaçarkən əlimdə olan taxta ilə yenidən onun sağ ayağına bir dəfə vurdum və dayanmasını tələb etdim. Lakin bacım dayanmayaraq qaçaraq getdi".
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkəndə onu bağışlayıb, şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Hadisə       Tarix: 14 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler