DÇ-2026 zamanı Messini iki dəfə ölümlə qorxudublar

DÇ-2026 zamanı Messini iki dəfə ölümlə qorxudublarArgentina millisinin kapitanı Lionel Messiyə 2026-cı il Dünya Çempionatı zamanı iki dəfə konkret ölüm təhdidi edilib. Hər iki halda bombadan istifadə ediləcəyi, epizodlardan birində isə AR-15 tipli yarıavtomatik tüfəngdən də istifadə olunacağı bildirilib.
KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın Marca nəşri FTB-dən sızan məlumatlara istinadən yazıb.
DÇ-2026 üçün yaradılmış Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzi (IPCC) turnirin bir neçə ulduz futbolçusuna qarşı təhlükə təhdidlərini araşdırıb. Messi isə iki dəfə konkret təhdid alan yeganə futbolçu olub.
İlk hadisə iyunun 27-də Dallasda Argentina–İordaniya qrup mərhələsi matçından əvvəl baş verib. Polis hesabatına əsasən, naməlum şəxs Texas şəhərinin hava limanına zəng edərək iki nəfərlə birlikdə stadiona hücum edəcəyini bildirib. O, həmin şəxslərin kustar üsulla hazırlanmış bombalara və AR-15 tüfənginə malik olduğunu iddia edib. Zəng edən şəxs Messini öldürmək istədiyini də deyib.
İkinci hadisə bundan 10 gün sonra, Argentina ilə Misir arasında Atlantada keçirilən matçdan əvvəl baş verib. Marcanın yazdığına görə, şübhəli şəxs sosial şəbəkədə stadiona gedərək öz bədəninə bağladığı dörd bomba ilə Messini partladacağını yazıb.
Polis sənədlərində həmçinin qeyd olunur ki, həmin matç zamanı naməlum şəxslərdən biri tribunadakı zibil qutularına üç bomba yerləşdirildiyini bildirib. Hadisə ilə əlaqədar dərhal xüsusi təlim keçmiş itlər cəlb edilsə də, hər hansı partlayıcı qurğu aşkar edilməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

İdman       Tarix: 11 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov

"Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir qısa vaxtda ardıcıl 4 oyun olacaq". KONKRET.azxəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçiriləcə

"Formula-1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb. Fəxri kürsünün ilk pilləsində "Mersedes"in britaniyalı pilotu Corc Rassell yer alıb. "Red Bull"dan niderlandlı Maks Ferstappe

"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab

Türkiyə Super Liqasının 6-cı turunda "Fənərbağça" doğma meydanda "Eyüpspor"u qəbul edib. xəbər verir ki, matç İstanbul təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça" rəqibini

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq

Bu gün Misli Premyer Liqasının 6-cı tura yekun vurulacaq. xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. "Şamaxı" "Araz-Naxçıvan"ı, "Kəpəz" isə "Sumqayıt"ı qəbul edəcək

"Qarabağ"ı tərk edən Koxalskidən ölkəmiz haqqında xoşagəlməz sözlər

"Qarabağ"ın sabiq polşalı qolkiperi Mateuş Koxalski ölkəsinin "Vyeçista Krakov" klubuna keçidindən sonra Azərbaycan futbolunun ünvanına kəskin fikirlər səsləndirib.   -a istinadən xəbər verir ki, təcrübəl

Azərbaycan kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. KONKRET.azxəbər verir ki, püşkü Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov və Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev çəkiblər

"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb. Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək. Xatırladaq ki, Bakıdakı Qran-pr

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır. -a istinadla xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu məlumat yayıb. Bildirilib ki, 57 yaşlı mütəxəssis "Araz-Naxçıvan"ı

"Formula-1": Rəsmi yarış cədvəli açıqlandı

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb. xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq. Yarış proqramın


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün idman xeberleri son xeberler 2026 son xeber az