Dəfn üçün müavinət mərhələlərlə artırılacaq
"Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxslər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsinə bir sənəd tələb olunur: "Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanın arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi