Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin FOTOSU
Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
KONKRET.az "Qafqazinfo"-ya istinadla məlumat verir ki, "Mercedes", "KİA" və "Opel" markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov "Azərsun" şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır.
Qəzada Elçinlə birgə "Mercedes" markalı avtomobildə olan qardaşlar – 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olmuş Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar.
Hadisə nəticəsində "KİA" markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə ağır xəsarətlər alıb. O, "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsində çalışır.
B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu