Dekotininin "Praqa" sazişi açıqlamasının gizlinləri: Fransalı səfirin Paşinyanla bağlı əsl məqsədi nə idi?

Dekotininin Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Qarabağın statusu ilə bağlı son bəyanatı düşmən ölkədə birmənalı qarşılanmayıb. Diplomat bildirib ki, 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı iddialar yalandır, Çünki Qarabağ 1991-ci il Alma-Ata bəyannaməsindən sonra Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Fransalı diplomatın bu fikirləri Ermənistanda geniş əks-səda yaradıb və ekspertlər bunu Fransanın dolayısı ilə Paşinyaına dəstək kimi qiymətləndirib. Onlar hesab edirlər ki, səfirin mövqeyi birbaşa Fransanın mövqeyidir və rəsmi Paris Paşinyanı bu cür müdafiə edir. Əslində nə baş verir?
KONKRET.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki, doğurudur, Alma-Atada belə bir bəyannamə qəbul olunub. Ancaq eyni zamanda Azərbaycan BMT-yə qəbul olanda da Qarabağ Azərbaycanın tərkibində rəsmi şəkildə göstərilib:
Dekotininin "Dünya dövlətləri də Qarabağı Azərbaycanın daxilində tanıyıb. Ancaq buna rəğmən, ATƏT-in Minsk qrupu, yəni qlobal güc mərkəzləri ABŞ, Fransa və Rusiya 20 il müddətində çalışıblar ki, Qarabağı mübahisəli ərazi kimi təqdim etsinlər. Onlar Qarabağa müstəqillik qazandırmaq istəyirdilər. Buna isə nail ola bilmədilər. Çünki Azərbaycan bunu qəbul etmədi. Azərbaycan BMT-nin 4 qətnaməsni və BMT nizamnaməsinə uyğun olaraq özünün müdafiə haqqından istifadə edib ərazi bütövlüyünü bərpa etdi. Qarabağı Ermənistan qoşunlarından və terrorçu ünsrülərdən təmizlədi. Bu faktın hüquqi cəhətdən təsbitinə ehtiyac var idi. Ona görə Praqada belə ir sənəd qəbul edildi. Dövlətlər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdı. Eyni zamanda, belə bir bəyannamənin qəbul edilməsi Paşinyan üçün geriyə dönməz proses yaratdı. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi növbəti dəfə tanındı. Bunu ola bilsin ki, Fransa o qədər də xoş qarşılamadı. Paşinyanın müdafiə olunub-olunmamasına gəlincə, Dekotenin açıqlaması Ermənistan baş nazirinin mövqelərini gücləndirən amildir. Əgər Qarabağ onun iddia etdiyi kimi, 1991-ci il Alma-Ata bəyannaməsində Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, onda bu, Nikol Paşinyanın ittiham edilməsinin yersiz olmasını ortaya qoymaq istəyidir. Dekote demək istəyir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Nikol Paşinyan deyil, ondan öncəki hakimiyyətdir. Ancaq burada bir məqamda var. Söhbət ondan gedir ki, Alma-Ata bəyannaməsini Ermənistan rəhbərliyi konkret şərtlərlə imzalayıb. Bu bəyannaməyə əlavə olaraq müəyyən sənədlər də var. Həmin əlavə sənədlərin ləğv olunması da Paşinyan dönəmində baş verdi. Əlavədə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilmirdi. Əksinə, Qarabağın Ermənistana məxsusluğu ilə bağlı əlavə sənədlər işlənib hazırlanmışdı. Nədənsə. Dekote bunu unudur. Ona görə də, Praqa bəyannaməsi bütün fikirlərin hamısının üstündən xətt çəkdi və Ermənistanın birmənalı olaraq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanımasına hüquqi zəmin yaratdı".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 24 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar