Dələduzluqda təqsirləndirilən telekanal əməkdaşının məhkəməsi başlayıb - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən keçmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
KONKRET.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılan cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alıb. Təqsirləndirilən şəxs aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.
Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib. O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunur.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlərin əksəriyyətinin dedikləri ilə razılaşmayaraq dəymiş ziyanın çoxunu geri qaytardığını deyib.
İttihamda o da qeyd olunub ki, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından istifadə edərək zərərçəkmişlərdən pul istəyib. Zərərçəkmiş şəxs Gülşən Seyidova istintaqda deyib ki, Ayxan Məmmədli söz verib ki, Xoşqədəm Hidayətqızı onun daun sindromlu nəvəsini başqa ölkəyə müalicəyə göndərəcək. Bunun müqabilində ondan 3 min manat pul alıb. Həmin pulu da sələmlə geri qaytaracağını deyib.
Məhkəmədə məlum olub ki, cinayət işi ilə bağlı Xoşqədəm Hidayətqızı da istintaqda ifadə verib. Aparıcı onun adından deyilənləri təkzib edib.
İttiham olunan şəxs həqiqətən də Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə çalışdığını desə də, onun və Xoşqədəm Hidayətqızının adından istifadə etdiyini boynuna almayıb.
APA

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat