Dəm qazından vəfat edən polislər DƏFN EDİLDİ - FOTO
Dəm qazından dünyasını dəyişən polis əməkdaşları bu gün Sumqayıtda və Binəqədi rayonunda dəfn edilib.
KONKRET.az Bizim.Media-ya istinadən xəbər verir ki, Siyəzən rayon polis şöbəsinin sahə polis rəisləri, 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərovun meyiti Bakıda mərkəzi tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib və onlar son mənzilə yola salınıblar.
Qeyd edək ki, polis leytenantları yanvarın 8-dən 9-a keçən gecə Siyəzən şəhərində kirayədə yaşadıqları evdə dəm qazından boğulub ölüblər.
Onlar bu gün səhər Siyəzən polis şöbəsində keçirilən sıra baxışına gəlmədikləri üçün onlara zəng olunub. Cavab vermədikləri təqdirdə hasardan keçməklə içəri daxil olan iş yoldaşları onları ölü vəziyyətdə görüb.
Hadisənin evdəki qaz peçinin borusunun külək zamanı üstünün açılması və təbii qazın içəri daxil olması nəticəsində baş verdiyi ehtimal edilir.
Siyəzən rayon prokurorluğunda araşdırma gedir.


Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır