Dəmir yolunda yaralanan qadının vəziyyəti ağırdır - YENİLƏNİB
Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır: "Əziz piyadalar! Unutmayın, sizin həyatınız ailəniz və cəmiyyətimiz üçün çox dəyərlidir".
***
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən saytımıza bildirilib ki, 1970-ci il təvəllüdlü qadın bu gün saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.
Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA