Dəniz suyunun içməliyə çevrilməsi layihəsinə 8 şirkət maraq göstərib

Dəniz suyunun içməliyə çevrilməsi layihəsinə 8 şirkət maraq göstəribAzərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsi həyata keçiriləcək.
KONKRET.az İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlik tərəfindən zavodun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə bu ilin fevralın 8-də elan olunmuş müsabiqənin ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı birinci mərhələsi başa çatıb.
Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edilib. İxtisas qiymətləndirməsinin nəticələrinə uyğun olaraq tələblərə cavab verən 5 şirkətə müsabiqənin şərtlər toplusu göndərilib. Növbəti mərhələdə müsabiqənin keçirilməsi ilə bağlı digər zəruri tədbirlər görüləcək.
Bu ilin iyul ayının 1-dək şirkətlər tərəfindən təkliflər təqdim olunacaq, sonra təkliflər qiymətləndiriləcək. Layihə təkliflərinin qiymətləndirilməsi nəticəsində müsabiqə qalibi elan ediləcək və dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.
Suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon kubmetr olacaq.
Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib.
Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində "Əks Osmos" (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail kimi Yaxın Şərq ölkələrində bu layihələr geniş yayılmışdır. Həmçinin, ABŞ, Avstraliya və bir sıra başqa ölkələrdə də duzsuzlaşdırma zavodları fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir. Dövlət başçısının dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə dair Sərəncamının icrası məqsədi ilə İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, layihənin icrasına texniki, maliyyə və hüquq sahələrində beynəlxalq təcrübəyə sahib məsləhətçilər cəlb olunub. //Report

Sosial       Tarix: 11 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026