Deputat AZAL-ın qiymət siyasətini tənqid etdi: "Dəyişiklikləri müşahidə edə bilmirəm

Deputat AZAL-ın qiymət siyasətini tənqid etdi: Azərbaycan Hava Yolları (AZAL) "qara cümə" kampaniyası çərçivəsində bilet qiymətlərinə endirim etdi. Amma bilet almaq istəyən bəzi vətəndaşların sosial şəbəkələrdə yazdıqlarından belə məlum oldu ki, endirimlər digər hava yolu şirkətlərinin endirimləri ilə müqayisədə cüzi miqdarda idi. Vətəndaşların sözlərinə görə limitli sayda bilet satışa çıxarıldı və kampaniya yalnız bir gün ərzində davam etdi, texniki nasazlıqlar səbəbilə endirimlərdən yararlana bilməyənlər də oldu. Məlum olduğu kimi quru sərhədlər üç ildir bağlı qaldığı üçün insanların AZAL-ın bahalı biletlərini alıb səfər etməkdən başqa çarələri yoxdur.
AZAL-ın qiymət siyasətinə Demokrat.az-a açıqlamasında münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, şirkətin yeni rəhbərliyinin millət vəkilləri ilə görüşü, onlarla müvafiq məsələləri müzakirə etməsinin ciddi dəyişikliklərlə nəticələnəcəyi düşünülürdü
"Amma hələ ki, tam olaraq dəyişiklik əlamətləri görmürük. Şəxsən mən millət vəkili olaraq hansısa dəyişikliklərin edildiyini müşahidə edə bilmirəm. Bilet qiymətlərindən tutmuş, sərnişindaşımadakı problemlərə qədər, ölkənin turizm potensialının inkişafına fayda verəcək dərəcədə işlərin görülməsi və biznes siyasətində digər irəliləyişlər, açığı, ciddi gözə çarpmır. Bu, düşündürücü məsələdir, çünki bu qurumdan hamı dəyişiklik və müsbət addımların atılmasını gözləyir. Vətəndaşlar indi ən ağır yol tarifləri ilə üz-üzədir, quru sərhədlər bağlıdır, ancaq hava nəqliyyatından istifadə imkanı var. Bu sahədə də rəqabət mühiti olmadığına görə bir inhisarçı ilə bu iş reallaşır. Qiymətlərsə vətəndaşların maraqlarına uyğun tənzimlənmir. Başqa ölkələrlə müqayisədə hədsiz bahadır, əlçatanlıq problemi də var. AZAL-dan problemlərin həlli istiqamətində addımların atılmasını gözləyirik. Bu, vətəndaşların sıxıntılarını da müəyyən qədər azaltmış olar". / azxeber.com

Sosial       Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat xeberleri maşın realiti şou idman xeberleri son.xeberler