Deputat: "Azərbaycan ordusunda hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var

Deputat: "Azərbaycan ordusunda hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar varDeputat: "Azərbaycan ordusunda hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var"
İyunun 25-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı açılışda çıxış edərkən Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu siyahısında yer aldığını xatırladıb.
Həmçinin, Ali Baş Komandan Azərbaycanın ən müasir silahlara, o cümlədən, hava hücumundan müdafiə sistemlərinə sahib olduğunu vurğulayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Prezidentin çıxışı ilə bağlı Oxu.Az-a danışıb.
Deputat ilk növbədə bildirib ki, dünyada silahlanmaya nəzarət var. Onun sözlərinə görə, dünya orduları hansı silahlara sahibdirsə, bununla bağlı məqamlar beynəlxalq hesabatlarda öz əksini tapır.
Millət vəkilinin sözlərinə görə, bəzi dövlətlərdə elə silahlar var ki, onlar hərbi sirr kimi saxlanılır. O, Azərbaycan ordusunda da belə silahların olmasını istisna etməyib.
"Ola bilər ki, Azərbaycan ordusunda da hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var. Azərbaycan ordusu hər il ən müasir silahlar əldə edir və baza modernləşir", - deyə E.Məmmədov əlavə edib.
Parlamentari qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər gücə və potensiala malikdir.
E.Məmmədov bildirib ki, Prezidentin "N" saylı hərbi hissənin açılışında söylədiyi fikirlər Ermənistana və ona havadar olan qüvvələrə xəbərdarlıqdır:
"Cənab Prezident xəbərdarlıq edir ki, Azərbaycanın istər döyüş qabiliyyətinə, istər təminatına, istərsə də mübariz ruhuna görə kifayət qədər güclü ordusu var. Azərbaycan ordusu işğalçı ölkənin ordusundan dəfələrlə güclüdür, biz nə yolla olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik".
Milli Məclis üzvü vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələrində peşəkar, savadlı, hərb elminin incəliklərinə bələd olan zabit heyəti var.
"Həmin zabit heyətinin rəhbərliyi altında vətənpərvər,  fiziki və hərbi döyüş qabiliyyəti olan əsgər heyəti mövcuddur. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər". 
Aqşin Kərimov

Siyasi       Tarix: 26 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler