Deputat: "Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur

Deputat: "Məşğulluq və işsizlik problemi təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan ümumi bir məsələdir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə gənclərin iş tapması ilə bağlı ciddi çətinliklər mövcuddur. Bu səbəbdən xüsusilə paytaxtlarda urbanizasiya prosesi geniş vüsət alıb. Gənclər daha çox paytaxta üz tuturlar, çünki burada iş tapmaq imkanları daha yüksəkdir". 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O deyib ki, nəticədə regionlarda əhalinin sayı azalır, əmək resursları isə şəhərlərə yönəlir:
"Bu proses isə son nəticədə paytaxtın özündə belə iş tapmağı çətinləşdirir. Bu tendensiya qlobal xarakter daşıyır. Azərbaycanda da məşğulluq məsələsi aktualdır. Prezident İlham Əliyev 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi diqqət ayırdı. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi məşğulluq proqramlarının əhəmiyyətindən bəhs etdi. Hazırda minlərlə vətəndaş bu proqramlara cəlb olunmaqla işlə təmin olunur. Bununla yanaşı, bəzi hallarda təklif olunan işlərə maraq göstərilmədiyi də müşahidə olunur. Yəni iş var, lakin iş axtaran şəxs onu müxtəlif səbəblərlə qəbul etmir – maaş, iş şəraiti və ya şəxsi maraqlar uyğun gəlmir. Bu isə göstərir ki, işsizlik problemi təkcə işin olmaması ilə deyil, həm də seçim və münasibətlə bağlıdır".
Onun sözlərinə görə, gənclər ixtisas seçərkən əmək bazarının real tələblərini nəzərə almalıdırlar:
"Əgər müəyyən sahələrə kütləvi axın olsa da, bazarda həmin ixtisaslara tələbat yoxdursa, bu, gələcəkdə iş tapmaqda ciddi problemlər yaradır. Buna görə də əmək bazarında rəqabət qabiliyyəti yüksək olan, müasir dövrün tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir. 
Təcrübədə dəfələrlə rast gəlinib ki, iş axtaran şəxsə konkret iş təklifi olunsa da, o, müxtəlif səbəblərlə bundan imtina edir. Məsələn, Cəlilabadda kartof yığımı zamanı iki gəncin bu sahəyə cəlb edilməsi ilə bağlı sahibkarla danışılmışdı. Lakin həmin gənclər işin çətin olduğunu əsas gətirərək imtina etdilər. Halbuki sovet dövründə bu bölgədə gənclər yay aylarında ağır şəraitdə işləyir, zəhmət çəkir və qazandıqları ilə öz ehtiyaclarını ödəyirdilər. Bəzən gənclərdə tənbəllik və zəhmətdən yayınma halları müşahidə olunur. Bu da məşğulluq probleminin digər tərəfidir – iş var, amma onu görmək istəmirlər. Ona görə də məşğulluq sahəsində uğur qazanmaq üçün yalnız yeni iş yerləri yaratmaq kifayət deyil, həm də gənclərdə əmək münasibətinə düzgün yanaşmanı formalaşdırmaq vacibdir". / azxeber.com

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber az xəbərlər.com enson xeberler cəbhədən xəbər