Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: "Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!

Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: "Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: "Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!"
"Bakıda qadınlar aksiyası keçirməklə dünyada bizi biabır edirlər. Ayıb deyil zınqırovları da bağlayıb deyirlər ki, bizim namusumuzu küçəyə qoyublar, qadınların öldürürlməsi siyasidir?! Heç görmüsünüz, hansısa qadın siyasi səbəbdən öldürülsün?! Bu yaşa gəlmişəm, Azərbaycanda hansısa qadının siyasi motivlə öldürülməsi faktı ilə rastlaşmamışam. Belə hadisələr qeyrət, namus üstündə, məişət problemləri zəminində, baş verə bilir, amma siyasi olduğunun şahidi olmamışam".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat iddiaların yalan olduğunu bildirib: "Bu qədər yalan olmaz, özümüz özümüzü bütün dünyaya biabr edirik. Axı biz həmişə təkcə müsəlman dövləti kimi yox, həm də sivil dövlət kimi maddi mədəniyyətdən, qeyrətdən danışırıq. Başa düşürük, gənclik illərində fəallıq yaxşıdır, amma özümüzü belə biabır etməli deyilik, ən böyük nemətimiz qızlarımızın ismətidir. Azərbaycan böyük bir ailədir, ailəni isə bu şəkildə pozmaq olmaz".
E.Quliyevin sözlərinə görə, Azərbaycan xanımları bir sıra hüquqlar barədə narahatlıq keçirə bilərlər, amma nəzərə almaq lazımdır ki, bura Avropa deyil: "Bilirsiniz ki, əslən Bakı kəndindənəm, bizim tərəflərdə bunun üstündə adam öldürürlər. Bəs haradadır bunların valideynləri, ailə tərbiyəsi?! Mənim 70 yaşım var, iki nəfər arasında söhbət edəndə qızarıram, bunlar necə utanmırlar?! Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burda neynirsən? Dedi həftəsonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul edilir. Bir daha təkrar edirəm, Azərbaycan qızlarının isməti bizim üçün çox önəmlidir". /oxu.az

Siyasi       Tarix: 09 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun