Deputat: "Beynəlxalq tədbirlər Şuşada keçirilsin

Deputat: "Beynəlxalq tədbirlər Şuşada keçirilsinDeputat: "Beynəlxalq tədbirlər Şuşada keçirilsin"
"Mədəniyyət xalqın qan damarıdır. Mədəni irs bir xalqın sadəcə keçmişi haqqında deyil, həmçinin gələcək inkişaf bacarıqları və dayanıqlılığı haqqında da məlumat verməyə qadirdir. Çünki, mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, fərdi kimliyi yaratmaq və cəmiyyətin məskunlaşma anlayışını artırmaq və qorumaq üçün bir imkandır. Yalnız mədəniyyətlərarası dialoqun bir hissəsinə çevrilməklə xalqlar gələcək nəsillərə silinməz izlərini qoya bilərlər". 
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, XXI əsrdə beynəlxalq arenada qarşılıqlı dostluq münasibətlərinin qurulmasında iqtisadi inkişafla birgə "mədəni diplomatiya"nın da payı vardır:
"Yumşaq güc siyasətinin əsas hissələrindən biri olan mədəni diplomatiya milli mənəvi maraqların təbliğinə və dayanıqlı sosial-mədəni əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Bunları nəzərə alaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısının əhəmiyyəti istər vahid dünyanın qeyri-mədəni irsinin qurulmasında və qorunmasında, istərsə də mədəniyyətlərarası dialoqun təşkilində əvəzsizdir. UNESCO xalqların öz dəyərlərini dünyaya təqdim edə biləcəyi vahid bir qlobal platforma statusuna malikdir. Həmçinin, xalqların mövcudluğunun və yaratmaq bacarıqlarının tarixi bir sübutudur. 
Ölkəmizdə keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə olan icrası, Azərbaycan muğamının, xalçaçılıq və zərgərlik sənətinin və mətbəxinin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir.
Həmçinin, Azərbaycan-UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında "Azərbaycan-UNESCO əlaqələri" adlı elektron layihə bu əlaqələrə göstərilən dövlət qayğısının rəmzidir. 
17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və 72 mühüm sənət və tarixi abidədən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri heçdə təsadüfi deyil ki, bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır".    
M.Əfəndiyev qeyd edib ki, Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi Şuşanın mədəni həyatını qısa müddətdə bərpa edəcək: 
"Həmçinin, bu, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin burada keçiriləcəyi mənasına gəlir, bu da öz növbəsində Qarabağın bütün regionun mədəniyyət mərkəzinə çevrilməsinə və dünyaya bir daha "Qarabağ Azərbaycandır!" şüarını çatdırmağa imkan yaradacaq. Bunun üçün ilk növbədə, müharibə zamanı erməni vandalizmi nəticəsində zərər dəymiş abidələr tezliklə öz tarixi simasına qovuşmalı, poeziya günləri və "Xarı bülbül" festivalı bərpa olunmalı, işğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Bu cür tədbirlər Azərbaycanı Şuşanın timsalında bütün regionun mədəniyyət brendinə çevirməli və Azərbaycanın mədəniyyət siyasətinə öz töhfəsini verməlidir".

Siyasi       Tarix: 14 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər en son xeber ən son xəbər havanın temperaturu