Deputat: "Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfə verəcək"

Deputat: "Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfə verəcək" Deputat: "Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfə verəcək"
"2021-ci ilin Prezident İlham Əliyev tərəfindən "Nizami Gəncəvi ili" elan olunması, eləcə də bu ilin ilk səfərini regionun mədəniyyət mərkəzi hesab olunan Şuşaya etməsi, habelə Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərinin Şuşaya gətirilərək bu şəhərin tarixi simasının bərpa olunması ulu öndər tərəfindən mədəniyyət tariximizin inkişafına göstərilən böyük diqqət və qayğının davamıdır". 
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin söylədiyi kimi bu il Şuşada Vaqif poeziya günləri, "Xarı bülbül" festivalının və böyük tədbirlərin keçirilməsi ilə bağlı işlərin planlaşdırılması artıq Qarabağın həm də iqtisadi dirçəlişinin başlanmasıdır: 
"Təsadüfi deyil ki, regionlara səfəri çərçivəsində məhz Şuşanın ardınca regionun ən böyük sənaye şəhərlərindən olan Sumqayıta səfəri Azərbaycanın dayanıqlı iqtisadiyyatının inkişaf olunması, habelə daxili tələbatın tam ödənilməsi istiqamətində vacib hesab olunan faktları ortaya qoyur.  
İşğaldan azad olunmuş torpaqlarımızın öz tarixi simasını bərpa etməsi dünyanın nüfuzlu beynəlxalq təşkilatların da bu bölgəyə olan marağını artıracaqdır. Xüsusilə Şuşanın İSESCO tərəfindən İslam dünyasının mədəni mərkəzinə çevrilməsi təklifi ona eyni zamanda müasir sima da qazandıracaq. Bu günədək Azərbaycanda multikultural dəyərlərə əsaslanan dünya forumlarının və musiqi festivallarının məhz Qarabağda təşkilinin planlaşdırılması "Qarabağ Azərbaycandır!" şüarının bir daha dünyaya çatdırılmasında əsaslı fəaliyyət olacaqdır. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunmasında əldə etdiyi təcrübə gənclərin, könüllülərin, habelə cəmiyyətin bütün təbəqələrini əhatə edən mütəxəssislərimiz tərəfindən bu tədbirlərin də ən ali qiymətə layiq görüləcəkləri birmənalıdır.
Bu baxımdan ölkə başçısı İlham Əliyevin Azərbaycanın davamlı iqtisadiyyatının idarə olunmasında yeni zavodların, müəssisələrin açılmasında iştirakı sosial, iqtisadi və mədəni sahələrdə də dayanıqlı iqtisadi gücün olacağına əminlik yaradır". 
M.Əfəndiyev vurğulayıb ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili" elan olunub:
"Azərbaycanın da BMT-nin nümunəvi üzv dövləti olaraq elan olunan bu təşəbbüsə qoşulması işğaldan azad olunmuş ərazilərdə ardıcıl iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyəti daha da gücləndirəcəkdir. Bu da bir çox sahələrdə olduğu kimi elan olunmuş təşəbbüsün lokal modelinin digər dövlətlər tərəfindən öyrənilməsinə şərait yaradacaqdır. 
Beləliklə, mədəni-ictimai və davamlı iqtisadiyyat qarşılıqlı formada bundan sonra da Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə uğurla nail olmasında mühüm rol oynayacaqdır".    

Siyasi       Tarix: 25 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xabar xeberler az son.xeberler ən son xeberler