Deputat: "Doing Business 2019" hesabatında Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri"dir

Deputat: "Doing Business 2019" hesabatında Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri"dirDeputat: "Doing Business 2019" hesabatında Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri"dir
"Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə edib. Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən əməli işlər görülüb, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşıb. Davamlı olaraq əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarından biri də Dünya Bankıdır (DB)". 
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır:
"İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB klassik mənada heç də bank deyil, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir və hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsi və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Azərbaycanın DB ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı üç dəfə böyüyüb, yoxsulluq səviyyəsi minimuma endirilib, insanların sosial rifahı yaxşılaşdırılıb. Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara, habelə bu islahatların kontekstində iqtisadiyyatın ağardılması, iqtisadi hədəflərin daha düzgün müəyyən olunmasına DB ilə əməkdaşlıq xüsusi şərait yaradıb. 
Ümumiyyətlə, 1992-ci ildən hökumətin DB ilə bir çox müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılıb. DB-nın bu günədək Azərbaycan üzrə kreditlərinin əksəriyyəti nəqliyyat, su, məhkəmə, dövlət idarəçiliyi və hüquq sahəsinin davamlı inkişafı istiqamətində sərf olunub". 
Millət vəkili bildirib ki, hazırda Azərbaycanda DB ilə birgə icra edilən "Azərbaycanda Məşğulluğa Dəstək" layihəsi isə əhalinin sosial rifahının yüksəlməsi məqsədilə qeyri-formal məşğulluğa, həmçinin "kölgə iqtisadiyyatına" böyük zərbə vuraraq əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır:   
"Təsadüfi deyil ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən "Doing Business 2019" hesabatında Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri" kimi qiymətləndirilib.
Xatırladım ki, cari ilin Doing Business hesabatındakı məlumatların emal edilməsi zamanı aşkarlanmış uyğunsuzluqların araşdırılması və düzəldilməsi üçün DB-nın Daxili Audit strukturları tərəfindən müstəqil diaqnostika aparılıb, bir sıra ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib. 
Belə ki, yuxarıda vurğuladığım araşdırmalar nəticəsində ölkəmizdə "elektrik təchizatı şəbəkələrinə qoşulma", "müqavilələrin icrası", "sərhəddə ticarət" indikatorları üzrə aparılmış islahatların daha az balla qiymətləndirildiyi müəyyən edilib və müvafiq düzəlişlərdən sonra Azərbaycan 191 ölkə arasında mövqeyini altı pillə yaxşılaşdıraraq 28-ə yüksəlib, DB tərəfindən bu il də "dünyanın ən islahatçı on ölkəsindən biri" kimi qiymətləndirilib". 
Sonda M.Əfəndiyev qeyd edib ki, bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. 

Siyasi       Tarix: 22 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026