Deputat: "İlham Əliyevin çevik və iti ağlı Ermənistan rəhbərliyini rəzil duruma salır
Deputat: "İlham Əliyevin çevik və iti ağlı Ermənistan rəhbərliyini rəzil duruma salır"
"Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanın terroru dəstəkləyən, işğalçı ölkə olmasını tutarlı faktlarla və güclü məntiqi ilə Avropa İttifaqının rəhbərliyinin, tədbiri izləyən Avropa siyasətçilərinin diqqətinə çatdırdı".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Şərq Tərəfdaşlığı ölkələrinin liderlərinin videokonfrans formatında keçirilən sammitini şərh edərkən deyib.
O bildirib ki, dövlət başçısı İlham Əliyevin şəxsi hazırlığı, çevik və iti ağlı, ədalətli mövqedən çıxış etməsi istənilən polemikada Ermənistan rəhbərliyini rəzil duruma salır.
"Amma bir şeyi nəzərə almalıyıq ki, dünyanın siyasi xəritəsini cızan ölkələr xristian dövlətləridir, həmin dövlətlərdə xristian həmrəyliyindən məsələlərə yanaşan çoxsaylı siyasətçilər və ictimai xadimlər, çox güclü erməni diasporu və lobbisi var. Məhz bu səbəblərdən işğalçı Ermənistana beynəlxalq birliyin təzyiqlərinə nail ola bilmirik", - deyə Q.Həsənquliyev əlavə edib
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan diplomatik müstəvidə psixoloji üstünlüyü təmin edə bilib:
"Bu, çox əhəmiyyətlidir. Torpaqlarımızı işğaldan azad etməyə başlayanda Qərb və dünya siyasətçiləri bunu daha anlayışla qarşılayacaq. Diplomatik uğurlar inşallah, hərbi əməliyyatlarla məntiqi sonluğuna çatacaq və biz işğala son qoyacağıq".
Qeyd edək ki, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib.
Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşüb və özünü biabır edib.
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir