Deputat: "İnsanlar toylarda digər şəxslərlə maksimum məsafə saxlamalıdır

Deputat: Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində  müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən toy və digər şənlik mərasimlərinin keçirilməsinə icazə verdi. Bu, sevindirici hal olsa da, toy kimi qədim adət-ənənələri olan ölkədə mərasim zamanı qaydalara əməl etmək, birbaşa təmasdan çəkinmək də çətindir.
Azxeber.com xəbər verir ki, bununla bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı hər kəsin bu məsələdə ciddi məsuliyyət daşıdığını vurğulayıb:
"Sevindirici haldır ki, Operativ Qərargah ölkə ərazisində toyların və digər mərasimlərin keçirilməsinə icazə verdi. Lakin bu icazə o demək deyil ki, biz əvvəlki kimi, həmin qaydalarla toyları keçirə bilərik. Toyların və şənlik mərasimlərinin keçirilməsi ilə müəyyən qaydalar qoyulub. Bu mənada vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Məsələ təkcə vaksin olunanların toyda iştirakı, yaxud maska taxmaqla bağlı deyil. Bu növ şənliklərdə iştirak edən hər kəs gigiyena qaydalarına əməl etməlidir. Unutmamalıyıq ki, ölkəmizdə və dünyada pandemiya hələ də davam edir. Açıq havada təşkil olunan mərasimlərdə məsafə gözlənilməlidir. Qapalı məkanlardakı mərasimlərdə isə mütləq maskadan istifadə edilməlidir. İnsanlar toyda iştirak zamanı digər şəxslərlə maksimum məsafə saxlamalıdır".
Deputat bildirir ki, pandemiya sona çatana qədər bu cür şəxsi qaydalar gözlənilməlidir:
"Dünyada hələ pandemiya təhlükəsi və qorxusu davam edir. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan etməyənədək, bu ayıq-sayıqlığı itirməməliyik. Koronavirusla mübarizədə ciddi uğurlar əldə etmişik, bu uğurlara kölgə salmamaq üçün qaydaları ciddi qorumalıyıq".

Sosial       Tarix: 25 iyun 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xəbər bugünki xəbərlər en son xeber