Deputat: "Makron ədalətə, həqiqətə göz yumur

Deputat: "Makron ədalətə, həqiqətə göz yumurDeputat: "Makron ədalətə, həqiqətə göz yumur"
Sentyabrın 27-dən Ermənistan cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tutulub. Buna cavab olaraq, Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı keçirilir. Azərbaycan xalqı da ordumuzun əks-hücum əməliyyatını dəstəkləyir. 
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.
Ordumuz uğurlu əks-hücum əməliyyatı keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. 
ATƏT-in Minsk Qrupunun həmsədrlərdən biri - Fransa Prezidenti Emmanuel Makronun nümayiş etdirdiyi açıq tərəfkeşlik insanların narazılığına səbəb olub.
Prezident İlham Əliyev Emmanuel Makronla telefon danışığı zamanı növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ifadə edib. Dövlət başçısı bildirib ki, heç bir güc bizi milli maraqlarımızdan çəkindirə bilməz.
Məsələni Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu.Az-a şərh edib.
Onun sözlərinə görə, dünya Azərbaycanın haqq işini qəbul edir:
"Təəssüf edirik ki, Fransa dövləti birmənalı şəkildə Ermənistanın yanında olduğun ifadə edir. Bunu nəinki bəyanatlarla, hətta fəaliyyətlərlə göstərir.
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın bir daha Dağlıq Qarabağı tuta bilməyəcəyini söyləyib, bu, heç bir diplomatik normalara sığmayan bəyanat təəccüb doğurur. Bu cür hərəkətlər Azərbaycanın qələbə yürüşünü dayandırmaq, ölkədə qorxu yaratmaq məqsədi güdür. Bunların hamısı əbəsdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Ali Baş komandan kimi öz üzərinə düşən vəzifələri yerinə yetiməklə yanaşı, xarici ölkə rəhbərləri ilə telefon danışığında Azərbaycanın bu gün hərbi əməliyyatlar aparmasının səbəbini və onu doğuran motivləri kifayət qədər aydın izah edilib. 
Bu, E.Makrona da izah edilib. Təəssüf ki, o, bu gün ədalətə, həqiqətə göz yumur. İstənilən yolla Azərbaycanın öz torpaqqlarını işğaldan azad etməsini dayandırmağa çalışır".
O qeyd edib ki, E.Makronun belə hərəkəti Fransanın tarixindəki bir çox faktlara ziddir:
"Vaxtilə onlarda Janna Dark kimi əfsanəvi qadın qəhrəman olub və xarici işğalçılara qarşı fransız xalqının mübarizəsin təşkil edib.
Belə olan halda Fransa rəhbərinin Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün mübarizəsinə siyasi müqavimət göstərməsi başadüşülən deyil".
O qeyd edib ki. İ.Əliyev bu cəhdlərə kifayət qədər aydın cavab verir:
"Bu gün Azərbaycan əsgəri səngərdə, ölkə başçısı siyasi cəbhədə mübarizə aparır. Dünya Azərbaycan həqiqətini bilir və görür. Hesab edirəm ki, qələbə uzaqda deyil. Mütləq biz torpaqlarımızı işğaldan azad edəcəyik", - deyə deputat əlavə edib.
İlhamə Əbülfət

Siyasi       Tarix: 03 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az