Deputat Prezidentin ictimai qınaqla bağlı dediklərini şərh etdi
Deputat Prezidentin ictimai qınaqla bağlı dediklərini şərh etdi
"Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dair geniş nitq söylədi. Prezident bildirdi ki, dövlət üzərinə düşən vəzifələri ən yüksək səviyyədə icra edib və bundan sonra da belə olacaq".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, xüsusi karantin rejimi ilə bağlı son yumşalma tədbirlərindən sonra insanlarda koronavirusa münasibətdə inamsızlıq yarandı.
Millət vəkili söyləyib ki, bir qisim insan qoyulan qaydalara əməl etməkdən boyun qaçırdılar.
"Belə vətəndaşlarımızın ucbatından son günlər görürük ki, virusa yoluxanların sayı artır. Buna görə də, ölkənin səkkiz şəhər və rayonunda 14 günlük sərt karantin rejimi tətbiq olundu. Amma sərt karantin rejimində də bəzi vətəndaşlar sosial məsuliyyətlərini dərk etmirlər. Prezident bir daha qeyd etdi ki, məhz bu cür vətəndaşların ucbatından dövlətin gördüyü mübarizə tədbirləri effektini itirdi", - deyə, C.Osmanov əlavə edib.
Deputatın sözlərinə görə, vətəndaşların məsuliyyətsizliyi ölkənin iqtisadiyyatına da ziyan vurur. O, prezidentin qapalı yerlərdə tibbi maskadan istifadə etməsinin də nümunəvi olduğunu diqqətə çatdırıb:
"Ölkə başçısı dedi ki, o, qapalı yerlərdə tibbi maskadan istifadə edirsə, hər bir Azərbaycan vətəndaşı qoyulan qaydaları yerinə yetirməlidir. Əks təqdirdə, ölkəmizdə səhiyyə sistemi çökə, iqtisadiyyatımız daha çox zərər görə bilər. Prezident məsuliyyətsiz vətəndaşlara qarşı ictimai qınağın vacibliyini də vurğuladı".
Xatırladaq ki, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.
Prezident çıxışında deyib ki, koronavirusla mübarizədə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır:
"Mən bu məsələ ilə bağlı operativ qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik".
Aqşin Kərimov
Turlar.az [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir