Deputat Prezidentin Şəki səfərini şərh etdi

Deputat Prezidentin Şəki səfərini şərh etdiDeputat Prezidentin Şəki səfərini şərh etdi
"Cənab Prezident İlham Əliyevin Şəkiyə səfəri, həmişə olduğu kimi, bu dəfə də şəkililərin sevincinə səbəb oldu. Dövlət başçısı Şəkidə həm yol infrastrukturunun açılışında, həm də koronavirus xəstələri üçün modul tipli xəstəxananın açılışında iştirak etdi".
Bunu Oxu.Az-a açıqlamasında 113 saylı Şəki Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov deyib.
O, Prezidentin Şəkidə 10-cu dəfə səfərdə olduğunu xatırladıb.
"Ölkə başçısı dedi ki, Şəkiyə səfərləri çərçivəsində onlarla obyektin açlışında, təməlqoyma mərasimində və sair tədbirlərdə iştirak edib. Cənab Prezidentin açılışını etdiyi obyektlər bu gün Şəki əhalisinə çox uğurla xidmət edir", - deyə V.İskəndərov əlavə edib.
Millət vəkili söyləyib ki, Prezident çıxışında Azərbaycanın koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsindən danışıb.
V.İskəndərov qeyd edib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı uğurlu mübarizə aparan öncül ölkələrdən biridir.
Parlamentarinin fikrincə, dünya tibbi pandemiyaya hazır deyildi.
"Biz inkişaf etmiş ölkələrdə koronavirusla bağlı hansı proseslərin getdiyinin şahidi olduq. Həmin ölkələrdə koronavirus xəstələrinin sayının necə artmasını və ölüm hallarının çox olduğunu gördük.
Azərbaycanda isə vaxtında preventiv işlər görüldüyü üçün ağır fəsadlardan kənarda qaldıq. Biz bugünkü dinamikanı da görürük və inkişaf etmiş ölkələrlə müqayisədə hansı səviyyədə olduğumuz aydındır".
Deputatın sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə çərçivəsində vaxtında görülmüş işlərdən ən böyüyü qısa müddət ərzində modul tipli xəstəxanaların tikintisidir.
Dövlət başçısı iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın istifadəyə verilməsi mərasimində deyib ki, qısa müddət ərzində 10 xəstəxana qurulmalı idi. Artıq doqquzu hazır vəziyyətdədir:
"Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə iki min çarpayılıq xəstəxanalarımız olacaq".
Millət vəkili V.İskəndərov xatırladıb ki, Prezident pandemiya ilə mübarizə sahəsində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlandığını da deyib.
"Bu bir çox ölkələrlə müqayisədə daha effektiv addım atmağımıza bariz nümunədir. Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə kimi qiymətləndirib", - deyə V.İskəndərov əlavə edib.
Parlamentari qeyd edib ki, Prezident səfəri çərçivəsində Şəki ilə bağlı gələcəyə istiqamətlənmiş dəyərli və vacib planların olduğunu söyləyib.
Aqşin Kərimov

Siyasi       Tarix: 01 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər kriminal xeberler sonxəbər kriminal xeber