Deputat: "Qiymət artımları obyektiv deyil

Deputat: "Bu gün iqtisadiyyatda ən mühüm məsələ işsizliklə bağlıdır".
azxeber.com apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, işsizlik məsələsi, problem olaraq kifayət qədər böyükdür:
"Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi, eləcə də aidiyyəti qurumlarla bununla bağlı görüş keçirək. İkinci böyük problem inflyasiyadır. Bunun üçün biz ƏDV-ni differensiallaşdırmalıyıq. Biz hər məhsula 18 % ƏDV tətbiq edə bilmərik. Ərzaq məhsullarında bu tələbi dəyişmək qiymətlərin qismən azalmasına səbəb ola bilər. Hökumət ərzaq məhsullarına 0 % gömrük rüsumu tətbiq etməlidir. Çünki ərzaq məhsullarının qiyməti yüksəkdir, əhalinin gəlirləri bunu ödəmir. Qiymət artımları bu gün heç də obyektiv deyil. Buna nəzarət edilməlidir. 8 ayın yekunları onu göstərir ki, biz ilin axırına inflyasiyanı kifayət qədər azalda bilərik. 8 ayın bazasına baxanda onu görürük ki, iqtisadiyyatımızda elə ciddi problem yoxdur. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Hökumət üzvləri ilə danışıb bu layihənin payız sessiyasında qəbul edilməsi barədə razılıq əldə etməliyik. Hazırki şəraitdə bu məcəllənin qəbul edilməsi çox vacibdir".
Komitə sədri Tahir Mirkişili cavabında qeyd edib ki, işsizliyin həlli yalnız dövlət üzərində olmamalıdır:
"Sizin bu təklifi yüksək dəyərləndirirəm və bu görüşə bir sıra özəl sektor, kiçik assosiasiyaları da dəvət edə bilərik. ƏDV ilə bağlı Dövlət Vergi Xidməti ilə müzakirələr apara bilərik. Amma bunun qiymət artımına necə təsir edəcəyini tam bilmirəm. Çünki Türkiyədə ərzaq məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi qiymət artımına təsir etmədi, əksinə dövlət həmin vergini də itirdi".

İqtisadiyyat       Tarix: 19 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


son xeberler azerbaycan xeberleri yeni xeberler krminal bu gun cəbhədən şad xəbər kriminal xeberler hava proqnozu