Deputat Ramil Həsən gənclərlə görüşdü - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Ucar rayonuna səfəri çərçivəsində növbəti görüşünü Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla xanım Abdullayeva ilə birgə Heydər Əliyev Mərkəzinin həyətində Ucar rayon gəncləri ilə açıq havada keçirib.
Azxeber.com xəbər verir ki, görüşdə Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov açılış edərək, gənclərin Milli Məclisin deputatı ilə görüşə gəlməyindən böyük məmnunluğunu ifadə etdi. Gənclər Evinin və gənclərin həyata keçirmiş olduğu işlər, layihələr, bir çox çətinliklərə baxmayaraq gənclər üçün yaradılmasına çalışılan şəraitlə bağlı məlumat verdi. Çıxış edən gənclər qeyd etdilər ki, Gənclər Evinin öz vəsaitləri hesabına binanın zirzəmisində idmanla məşğul olmaq istəyən gənclər üçün müəyyən şərait yaradılması müsbət hal kimi qarşılansa da təbii ki, yetərli deyildir.
Azərbaycan çempionu Məmmədli Kamal və digər gənclər rayonda asudə vaxtın təşkili, gənclərin işlə təmin olunması, Ucar rayon gənclərinin paytaxta və ölkəmizin başqa regionlarına üz tutmasının qarşısını almaqla bağlı müxtəlif tədbirlər görülməsinin, Ucar rayonunda İdman Mərkəzinin, stadionun tikilməsinin vacibliyini vurğuladılar və Milli Məclisin deputatından bu istiqamətdə köməklik etməsini xahiş etdilər.
Milli Məclisin deputatı Ramil Həsən də öz növbəsində Ucar gənclərinə bu gün görüşə gəldikləri üçün təşəkkür edərək onların hər bir fikir və düşüncələrini diqqətlə dinlədiyini və qeydlər apardığını , bu məsələnin ən yaxın zamanda Milli Məclisin tribunasında gündəmə gətirəcəyini, dövlətin müvafiq qurumlarına bununla bağlı müraciətlər edəcəyini nəzərlərinə çatdırdı və şübhəsiz ki, o da gənclərlə razılaşdı ki, həm Ucar rayonunda gənclərin asudə vaxtının təşkili ilə bağlı böyük çatışmazlıqların olması , İdman kompleksinin və yaxud Olimpiya kompleksinin olmaması, hətta adi, sadə bir futbol idman növü ilə məşğul olmaları üçün Ucar rayon gənclərini qonşu Göyçay və Ağdaş rayonlarına getməsinə məcbur edir. Belə bir çətinliklərin qarşısını almaq və gənclərin Ucar rayonunda yaşayıb işləmələrini təmin etmək üçün həm yeni iş yerlərinin yaradılması, həmçinin Respublika əhəmiyyətli bir neçə müəssisənin Ucar rayonunda salınması ilə bağlı təkliflər verdiyini diqqətə çatdıraraq bu məsələni daima gündəlikdə saxlayacağını və ən yaxın gələcəkdə idman qurğularının və stadionun Ucar rayonunda ərsəyə gətirilməsi ilə bağlı əlindən gələni edəcəyini vurğuladı.
Sonda Ucar Gəncləri adından Gənclərlə səmərəli əməkdaşlığa və gənclərə göstərmiş olduğu xüsusi diqqətə, dəstəyə və qayğıya görə Milli Məclisin deputatı Ramil Həsənə Ucar rayon Gənclər Mərkəzinin Sədri Elamin Dibirov bir daha öz minnətdarlığını ifadə elədi və gənclərin adından təşəkkür əlaməti olaraq "Gənclərin Dostu" mükafatını təqdim etdi.
Deputat Ramil Həsən gənclərlə görüşdü - FOTODeputat Ramil Həsən gənclərlə görüşdü - FOTODeputat Ramil Həsən gənclərlə görüşdü - FOTODeputat Ramil Həsən gənclərlə görüşdü - FOTODeputat Ramil Həsən gənclərlə görüşdü - FOTODeputat Ramil Həsən gənclərlə görüşdü - FOTODeputat Ramil Həsən gənclərlə görüşdü - FOTO

Sosial       Tarix: 10 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou axsam.az xeberler xeberler bugun 2026 cebheden xeberler