Deputat sərt karantin rejimində polisin fəaliyyətini dəyərləndirdi
Deputat sərt karantin rejimində polisin fəaliyyətini dəyərləndirdi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə polisin fəaliyyətini şərh edib.
N.Həsənov Oxu.Az-a açıqlamasında deyib ki, cərimə tətbiq olunan şəxsin polisdən narazı olması normaldır.
Deputatın fikrincə, qanunu pozan vətəndaşlar narazı olduqları zaman tənqidi fikirlər səsləndirə bilərlər.
Millət vəkili hesab edir ki, polislər xüsusi karantin rejimi dövründə həm ağır iş rejimində çalışırlar, həm də öz həyatlarını təhlükəyə atırlar,
"Vətəndaşlar isə belə gərgin rejimdə çalışan polislərə qarşı ədalətsiz mövqe nümayiş etdirsələr, bu, düzgün olmaz", - deyən deputat əlavə edib ki, polislərin qanun çərçivəsində atdığı hər hansı bir addıma mənfi yanaşmamalıyıq.
Onun sözlərinə görə, polislər əhalinin sağlamlığımızı qorumaq üçün çalışır və qaydalara əməl olunması üçün fəaliyyət göstərir:
"Polis olmasaydı, hər kəs sərt karantin rejimi dövründə çölə çıxardı, gəzərdi, koronavirus infeksiyası daha da geniş yayılardı. Bununla da biz daha çox sevdiklərimizi itirə bilərdik. Polislər üçün də xoş olardı ki, onlar da ailəsi ilə vaxt keçirsin, amma bunu edə bilmirlər".
N.Həsənov qeyd edib ki, polisin fəaliyyəti təqdirəlayiqdir.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.
Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt qadağalar tətbiq edilib.
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var