Deputat: "Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq" - VİDEO

Deputat: "Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq" - VİDEO Deputat: "Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq" - VİDEO
Sərt qapanma əhalinin müəyyən təbəqəsinin yoxsullaşmasına gətirib çıxaran amillərdən biridir. 
Bunu "ARB 24"ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Fazil Mustafa deyib. 
O bildirib ki, bayram günlərində vətəndaşların bölgələrə gediş-gəlişinə şərait yaradılmalıdır: 
"Pandemiya ilə mübarizəmiz hələ də davam edir. Hər nə qədər yumşaldılmalar tətbiq olunsa da, qapalı qalan yerlər də var. Həmçinin karantin davranış qaydalarına əməl edilməsi üçün qanunvericiliyə də dəyişikliklər edilib. 
Qaydaların pozulmasına görə cərimələr artırılıb, sosial məsafəyə əməl edilməsi tələb edilir. Hesab edirəm ki, sərt qapanmaya getmək sahibkarlar və vətəndaşlar üçün ciddi problemlər yarada bilər. Biz bütün təbəqələri düşünərək və bayram günlərində daxili turizmi də nəzərə alaraq insanların bölgələrə getməsinə imkan yaratmalıyıq. Bu, həm Bakının yükünün azalmasına, həm də yerlərdə iaşə obyektlərinə nəzarət güclənməsinə səbəb olacaq". 
Millət vəkili onu da qeyd edib ki, toylarla bağlı qadağa götürülməsə, gələcəkdə ciddi sosial demoqrafik problem yarana bilər: 
"2020-ci ildə 34 min nikah bağlansa da, 14 min boşanma prosesi baş tutub. Bu, 3 nikaha 1 boşanma düşməsi deməkdir. Bu hal ciddi sosial demoqrafik problem yaradır".

/oxu.az

Siyasi       Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber