Deputat: "Ukrayna parlamentində ermənilərin cəhdlərini "bələkdə boğdular" – MÜSAHİBƏ

Deputat: "Ukrayna parlamentində ermənilərin cəhdlərini "bələkdə boğdular" – MÜSAHİBƏ Deputat: "Ukrayna parlamentində ermənilərin cəhdlərini "bələkdə boğdular" – MÜSAHİBƏ
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna deputat Rüfəf Quliyevin rəhbər gətiriləcəyi gözlənilir.
R.Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı, perspektivi barədə Oxu.Az-ın suallarını cavablandırıb:
- Rüfət müəllim, Azərbaycanla Ukrayna parlamentlərinin əlaqələrini hansı səviyyəyə çatdırmağı hədəfləyirsiniz?
- Əlaqələrdə yeni inkişaf mərhələləri gözlənilir. Ukraynada da parlament dəyişdi. Ukrayna Ali Radasında kifayət qədər Azərbaycanı istəyən deputatlar var. Hazırda Ali Radada Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi əvvəlki illərlə müqayisədə iki-üç dəfə çoxdur. Ukrayna parlamentində təmsil olunan bütün partiyaların nümayəndələri bu dostluq qrupunun tərkibinə daxil edilib. Ukraynanın icra hakimiyyəti, qanunverici orqanı da başa düşür ki, Azərbaycan onların strateji müttəfiqidir. Azərbaycan həmişə Ukraynanı, Ukrayna da Azərbaycanı dəstəkləyir.
Bilirsiniz ki, Elmira Axundova Azərbaycanın Ukraynadakı yeni səfiri təyin olunub. Mən Elmira xanımı 20 ildən çoxdur ki, tanıyıram. Elmira xanımın Ukraynaya səfir postuna gətirilməsi parlamentlərarası münasibətlərə də böyük dəstək olacaq.
- Ukraynada dövlət rəsmilərinə "erməni soyqırımı" ifadəsindən istifadə qadağan edilir. Bu barədə Xarici İşlər nazirinin müavini Vasili Bodnarın dövlət nümayəndələrinə ünvanladığı məktubda məsələ qaldırılıb. Rəsmi Kiyevin Ermənistana münasibətində əsaslı dəyişiklik olunur?
- Ermənistan həmişə ikili oyun oynayır. Mən Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnarı şəxsən tanıyıram. O, çox mühüm məsələni ortaya qoyub. Ukraynada ermənilər üç dəfə cəhd edib ki, "erməni soyqırımı" ilə bağlı məsələni parlamentdə qaldırsınlar. Bu cəhdlərin qarşısı vaxtında alınıb. Yəni, Ukrayna parlamentində ermənilərin cəhdlərini "bələkdə boğdular".
Ermənilər bu fiaskodan sonra dördüncü cəhdə əl atdılar. Çalışdılar ki, Ukraynanın 27 vilayətində qondarma erməni soyqırımını qəbul etdirsinlər. Ermənilər qarşılarına məqsəd qoymuşdu ki, həmin vilayətlərdə uydurma erməni soyqırımına həsr olunmuş heykəl qoyulsun. Lakin onların bu cəhdləri də uğursuzluğa düçar oldu.
- Azərbaycan və Ukrayna işğaldan əziyyət çəkir. Hər iki ölkənin parlamentlərinin işğalla bağlı birgə bəyanatı qəbul oluna bilərmi?
- Bizim işğalla bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan həmişə işğalçılıq siyasətini tənqid edir. Rəsmi Bakı hər zaman dünya arenasında müraciət edir ki, beynəlxalq qurumlar işğalla əlaqədar məsələlərə daha ciddi yanaşsın. Azərbaycan uzun illərdir ki, işğaldan əziyyət çəkir. Azərbaycanla Ukrayna Avropa qurumlarında çiyin-çiyinə birgə çıxış edə bilir.
- Azərbaycanlı tələbələrin ən çox üz tutduğu, iş adamlarımızın ən çox investisiya yatırdığı ölkələrdən biri də Ukraynadır. Bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsi üçün əlavə təklifləriniz var?
- Mən Ukraynaya gedəndə diaspor rəhbərləri ilə, ekspertlərlə görüşürəm. Tələbələrlə də bilavasitə görüşlərim olub. Ukraynada azərbaycanlı tələbələrin çoxunun dərslərə davamiyyəti yüksəkdir. Amma elə azərbaycanlı tələbələr də var ki, üzümüzü ağ eləmir. Belə tələbələrin valideynlərinə də demişəm ki, övladları ilə məşğul olsunlar. 
İnvestisiya məsələsinə gəlincə, Ukraynada Azərbaycana münasibət yaxşı olduğuna görə, soydaşlarımızın biznes qurmalarına geniş imkanlar yaradılıb. Azərbaycanlılar Ukraynada daha çox kiçik və orta biznesə investisiya yatırırlar.
- Təhsillə bağlı sualıma cavabınızda məsələni lazımi nöqtəyə gətirdiniz, amma davamı olmadı. Bilirsiniz ki, Azərbaycandan qeyri-qanuni yollarla Ukraynaya təhsil dalınca gedənlər var. Burada təqsir kimdədir?
- Valideynlərin də təqsiri var, Ukraynadakı ali məktəblərin də. Valideyn övladının potensialının, gücünün, təhsilinin olmadığını bilir. Ukraynada özəl ali məktəblərin marağı odur ki, illik təhsil haqqından gələn gəlirləri çoxalsın.
Aqşin Kərimov

Siyasi       Tarix: 23 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun