Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

Deputatdan "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. 
AzMİU bir neçə tələbəsinin iş adamı İsfənyar Axundovla görüşünün universitet tərəfindən təşkil edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Universitetdən verilən açıqlamada qeyd olunub ki, görüş AzMİU-da keçirilməyib, universitet tərəfindən təşkil edilməyib və tədris prosesinin tərkib hissəsi olmayıb.
Bildirilib ki, görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və müstəqil müraciəti əsasında iş adamının öz iş yerində baş tutub:
"Universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb. Tələbələrin şəxsi təşəbbüsləri əsasında universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir".
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Şərurlu İsfəndiyarın son müsahibələri cəmiyyətdə kifayət qədər geniş izlənilib və ciddi müzakirələrə səbəb olub:
"Onun xüsusilə təhsil, elm, din və həyat haqqında səsləndirdiyi bəzi fikirlər birmənalı qarşılanmayıb. Düşünürəm ki, tələbələrin ona maraq göstərməsinin səbəblərindən biri də məhz bu qeyri-adi ictimai obrazdır. Bu gün gənclər arasında fərqli davranışları, gözlənilməz açıqlamaları və qeyri-ənənəvi danışıq tərzi ilə gündəmə gələn şəxslərə maraq var. Bəzən belə görüşlərdə ciddi fikir mübadiləsindən daha çox yarızarafat, qeyri-ciddilik və hətta müəyyən səbatsızlıq ön plana çıxır. Təəssüf ki, cəmiyyətin bir hissəsində diqqət çəkmək və populyar olmaq getdikcə daha çox dəyər qazanır.
Təbii ki, İsfəndiyar Axundovun sahibkarlıq təcrübəsi var, tikinti sektorunda müəyyən mövqeyə sahibdir. Onun biznes fəaliyyəti ilə tanış olmaq, təcrübəsini dinləmək tələbələr üçün maraqlı ola bilər. Buna normal yanaşmaq lazımdır. Ancaq bir şəxsin biznes uğuru onun bütün fikirlərini və davranışlarını gənclər üçün nümunəyə çevirmir".
Deputat qeyd edib ki, tələbələrin şəxsi təşəbbüsünə və seçim hüququna hörmətlə yanaşır:
"Bununla belə, universitet yalnız təhsil verən müəssisə deyil, həm də gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin və dəyərlərinin formalaşdığı məkandır. Ona görə də burada əsas məsələ kiminsə populyarlığı deyil, gənclərə hansı təcrübənin, hansı düşüncənin və hansı dəyərlərin təqdim edilməsidir. İnanıram ki, gənclər uğur qazanmış insanlarla görüşməklə yanaşı, elmin, təhsilin, peşəkarlığın və intellektual səviyyənin həqiqi daşıyıcıları ilə də daha çox ünsiyyətdə olmalıdırlar. Çünki gəncliyə nümunə seçərkən təkcə tanınmaq deyil, həm də hansı dəyərləri təmsil etmək əsas götürülməlidir".
Aynur Babazadə

Sosial       Tarix: 14 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ik

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari xəbərlər.com cəbhədən xəbərlər cəbhədən son vəziyyət