Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.
Məlumata görə, 2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər olub. Onlardan 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2026-cı ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb.
İqtisadiyyatın sahələri üzrə əməkhaqqı göstəricilərinə gəlincə, ən yüksək orta aylıq nominal əməkhaqqı 4224,8 manat olmaqla mədənçıxarma sənayesində qeydə alınıb. Maliyyə və sığorta fəaliyyəti sahəsində bu göstərici 3026 manat, informasiya və rabitə sahəsində 2109,9 manat, peşə, elmi və texniki fəaliyyətdə 1915,3 manat təşkil edib.
Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1750 manat, nəqliyyat və anbar təsərrüfatında 1604,2 manat, tikintidə 1251 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 1214,8 manat olub.
Ən aşağı orta aylıq əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sahədə göstərici 745,3 manat təşkil edib. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində orta aylıq nominal əməkhaqqı 762,9 manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 785,6 manat olub.
Muzdla çalışan işçilərin iqtisadi fəaliyyət sahələri üzrə bölgüsündə isə ticarət və nəqliyyat vasitələrinin təmiri 18,7 faizlə ilk sırada qərarlaşıb. Təhsil sahəsində çalışanlar ümumi işçilərin 17,6 faizini, sənaye sahəsində çalışanlar 13,9 faizini təşkil edib.
Səhiyyə və sosial xidmətlər sahəsində çalışanların payı 8,6 faiz, tikintidə 6,9 faiz, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 6,1 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 4,4 faiz olub.

Sosial       Tarix: 12 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir

İtaliyanın ən zəngin və bahalı şəhərlərindən biri olan Milanda paradoksal vəziyyət yaranıb: insanlar işləyir, maaş alır, lakin ayın sonunda ən zəruri ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Hətta bəzi işləyən sakinlə

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son vəziyyət bu gunun xeberleri haqqinda melumat valyuta mezennesi banklar kriminal bugun