Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Qaz limiti ləğv edilir? – AÇIQLAMAAzərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Buna görə də bölgələrdə kommunal tarifləri azaltmağı təklif edib. 
Bəs Azərbaycanda qaz limiti ümumiyyətlə tamamilə ləğv edilə bilərmi?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyevin sözlərinə görə, rayonlarda suyun, işığın, qazın limitinə müəyyən qədər güzəştli mexanizm tətbiq olunmalıdır:
"Mən özüm millət vəkili olanda da bu barədə dəfələrlə çıxış etmişəm. Məşhur Çin alimi, professoru dahi Konfutsinin sözlərini misal gətirmək istəyirəm. Belə ki, çayın kənarında insanlar yaşayırdı. Konfutsinin şagirdləri deyirlər ki, onlar üçün balıq tutaq verək ki, acından ölməsinlər. Cavabında isə deyib ki, balıq verməkdənsə, onlara tilov düzəldin və balıq tutmağı öyrədin, yəni problemi kökündən həll edin. İndi bu nöqteyi nəzərdən çıxış etmişəm ki, daha rahat, yaxşı olardı ki, sahibkarlıq fəaliyyəti üçün problemli şəraiti olan bu zonalarda sahibkarlıq fəaliyyətinə başlayanlar üçün müəyyən güzəştlər verilsin. Məsələn, işıq, qaz, su, vergidə güzəştlər olsun ki, mikro, orta, kiçik sahibkarlıq sıçrayış formasında inkişaf etsin. Həmin rayonlar üçün daha da güzəştli kreditlər olsun və insanlar sahibkarlıq fəaliyyətini artırmağa başlasınlar. Bunun nəticəsində bir çox insanlar sahibkarlıq fəaliyyətinin nəticəsində işlə təmin olunacaq, yüksək qazanc əldə edə biləcəklər. Bununla da həmin evlər, təsərrüfatlar üçün olan limiti qarşılaya biləcəklər".
R.Quliyev qeyd edib ki, həmişə belə regionlarla mərkəzi regionların arasında istər-istəməz fərq mövcuddur: "Böyük şəhərlərdə eləcə də Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdə sahibkarlıq fəaliyyəti müəyyən qədər asandır, insanların alıcılıq qabiliyyəti var, şərait də sahibkarlıq üçün uyğundur. Amma qaz, işıq, su, vergi limitlərində güzəştlər tətbiq edilməlidir. Belə üsullarla canlandırma, sıçrayışlı inkişaf, işlə təmin etmək və təbii ki, rayonlarda alıcılıq qabiliyyətini artırmaq lazımdır. Bu açar kimi bu problemi həll edə bilər. Ona görə evlərdə bu limitlər azalsa, daha rahat olsa, bu, sadəcə insanların həyat tərzinə bir tərəfdən təsir göstərəcək. Amma biz onlara şərait yaratsaq, daha çox qazansalar, maliyyə vəziyyəti daha yüksək olarsa, rahatlıqla bu xərcləri qarşılayacaqlar və ödəyəcəklər. Ümumiyyətlə strateji fikirlərimiz var, ancaq pandemiya imkan vermədi. Düşüncəmiz mikro, kiçik və orta sahibkarlığın ümumdaxili məhsulda payını 50 faizdən yuxarı qaldırmaq idi. Bu nəhəng bir rəqəmdir. Bu günlər ən inkişaf etmiş ölkələrdə o cümlədən Yaponiya, Avropa, ABŞ-da kiçik, orta sahibkarlığın payı ümumdaxili məhsulda 60-65 faizi keçib. İspaniyada 70 faizdir. Bu, onu göstərir ki, həm sosial məsələ – işsizlik həll olunur, həm də insanların maddi durumu daha da yaxşılaşır. Dövlət üçün də vergini yığmaq daha rahat olur. Amerikalı iqtisadçı Artur Lafferin "Laffer əyrisi" adlı nəzəriyyəsi var. Orada göstərilib ki, nə qədər vergi ödəyicisi çox olarsa, bir o qədər də daha çox büdcəyə vəsait yığılacaq. Yüzlərlə belə nəzəriyyələr var. Praktikadan keçənlər də var. Fikir verin, bu nəzəriyyələrin, fikirlərin əsas məğzi iqtisadiyyatı inkişaf etdirmək, daha çox şaxələndirmək, yüksəlişə təkan verməkdir".

Sosial       Tarix: 13 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil yol

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bu gun son xəbərlər sonxabar az krminal bu gun