Deputatlar bayramı harada qeyd edəcək? - 34 ildən sonra Xocalıda

Deputatlar bayramı harada qeyd edəcək? - 34 ildən sonra XocalıdaSabahdan etibarən Azərbaycanda uzunmüddətli bayram tətili başlayır. Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar olaraq martın 20-dən 30-dək olan tarixlər qeyri-iş günləri elan edilib. Şənbə və bazar günləri də nəzərə alındıqda, ölkədə ardıcıl 11 günlük istirahət imkanı yaranır.
Ənənəvi olaraq bu günlərdə insanlar bölgələrə üz tutur, ailələri ilə bir araya gəlir, bayram tonqalları ətrafında toplaşaraq milli dəyərləri yaşadır və müxtəlif istirahət məkanlarında vaxt keçirirlər. Bəs bu il bayram günlərini ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan deputatlar necə keçirəcək?
azxeber.com bununla bağlı sorğunu təqdim edir:
Milli Məclisin Deputatı Elman Məmmədov:
"Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm".
Milli Məclisin deputatı Vüqar İsgəndərov:
"Müqəddəs Ramazan bayramı ilə Novruz bayramının eyni günə təsadüf etməsi nadir və gözəl hadisələrdən biridir. Hər il olduğu kimi, bu il də bayramları ailəmlə birlikdə seçildiyim və təmsil etdiyim Şəki şəhərində keçirəcəyəm. Rayonda təşkil olunan bayram şənliklərinə qoşulacağam. Şəkidə Novruz bayramı çox təmtəraqla qeyd olunur".
Milli Məclisin deputatı Könül Nurullayeva:
"Bayram tətilini ailəm və dostlarımla birlikdə qeyd edəcəyəm. İşğaldan azad olunmuş ərazilərə getməyi planlaşdırırıq. Şükürlər olsun, artıq  tarixi torpaqlarımız işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu bayram günlərində qəhrəman oğullarımızın əziz xatirəsiniehtiramla yad edirik. 
Artıq Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilməkdədir. Bu dəfə bayram tətilini doğmalarımla Xankəndi və Şuşada qeyd etməyi nəzərdə tuturam".
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı:
"Bayramı Azərbaycanda keçirəcəyəm. Bayram günlərində rayona gedərək vəfat etmiş əzizlərimin məzarlarını ziyarət edəcəyəm".
Milli Məclisin deputatı Rəşad Mahmudov: 
"Bayramları ölkəmizdə ailə, dostlar və seçicilərimizlə keçirəcəyəm".
Milli Məclisin deputatı Fatma Yıldırım: 
"Bayramı Bakıda ailə üzvlərimlə birlikdə qeyd edəcəyəm. Bu günləri doğmalarla bir arada keçirmək mənim üçün xüsusi əhəmiyyət daşıyır".
Milli Məclisin deputatı Mircəlil Qasımlı:
"Bayramı Bakı şəhərində, öz evimdə ailəmlə birlikdə qeyd edəcəyəm. Mənim üçün ən böyük xoşbəxtlik bu əziz günləri doğmalarımla bir arada keçirməkdir".
Milli Məclisin deputatı Tural Gəncəliyev:
"Bayram tətilini ailə üzvlərim və yaxınlarımla birlikdə Bakı şəhərində keçirməyi planlaşdırıram. Çünki yaz və payız aylarında Bakı çox gözəl olur. Bakıda ən çox sevdiyim mövsüm yaz fəslidir. Əgər imkan yaranarsa, Qarabağa səfər etməyi də düşünürəm".
Milli Məclisin deputatı Müşviq Cəfərov:
"Bayramı ailəmlə birlikdə Gəncə şəhərində keçirəcəyəm. Hər kəsə ruzi-bərəkətli il və cansağlığı arzulayıram".
 Milli Məclisin deputatı Razi Nurullayev:
"Bayramı evdə, ailəmlə birlikdə qarşılayacağam. Bu gün tutduğum orucun son günüdür. Bu bayramın necə əziz və dəyərli olduğunu ən yaxşı oruc tutanlar anlayır. Üstəlik, Novruz bayramı ilə üst-üstə düşməsi bu günlərə xüsusi bir gözəllik qatır.
Xalqımızı səmimi qəlbdən təbrik edir, hər kəsə bahar nəfəsi kimi təravətli, ümid dolu günlər arzulayıram".
Şahanə Ziyad

Siyasi       Tarix: 22 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu