Deputatlığa namizədliyi ləğv edilən Elton Məmmədovdan - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olan Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv olunub.
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən deputatlığa namizəd Elton Məmmədov namizədliyinin ləğv olunmasından xəbərsiz olduğunu deyib:
"Namizədliyimin ləğv olunması haqda xəbəri sizdən eşidirəm. Mənim MSK-nın iclasından xəbərim yoxdur. Əgər iclasda mənim namizədliyim ləğv olunubsa, həmin iclasa namizəd niyə dəvət olunmayıb?. ".
Əmlak saxtakarlığına görə ləğv olunan namizədliyinə gəldikdə isə eks-deputat bunları deyib:
"Nə saxtakarlıq? Hansı saxtakarlıqdan söhbət gedir? Mənim heç nədən xəbərim yoxdur. Saxtakarlığı mən edə bilmərəm, saxtakarlığı kimin etdiyi bəllidir".
Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib.
Günel Hüseynli

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb