Dəyər verdiyimiz amallar dəyişməlidir!

Dəyər verdiyimiz amallar dəyişməlidir!Dəyər verdiyimiz amallar dəyişməlidir!
Kubra Məhərrəmova yazır...
Dünən sosial şəbəkələrdə, saytlarda aparıcının kobud səhvi ilə bağlı fikirlər yazıldı, söylənildi.  Nə yalan deyim, təhqirlər də səsləndi. 
Məsələdən xəbəri olmayanlar üçün yazım ki, efiri izləyənlər sosial şəbəkələrdə yazdılar ki, bəs "Xəzər" televiziyasının efirində aparıcı Xoşqədəm Hidayətqızı "Hətta Talışlar belə Qarabağda vuruşur" ifadəsini işlədib. 
Xoşqədəm Hidayətqızı bu iddia ilə bağlı öz səhifəsində video paylaşıb və qeyd edir ki, nə demişəm o da videoda var. Buyurun bir də baxın. Və qeyd edib ki, vaxtı-zamanı gələcək, kim ki, mənim ictimai nüfuzuma zərbə vurur onlarla özüm danışacam. 
Bu belə. İndi məsələ odur ki, insanlar öz narazılığını bir baha "Xəzər" televiziyasının rəhbərliyinə bildirir və tələb edirlər ki, aparıcı efirdən uzaqlaşdırılsın və işdən azad olunsun. Bu da anlaşılandı. Hər kəsin tələb etmək haqqı var. 
Hər şey yaxşı gedirdi ki, bu narazılığın içində birdən bütün hücumlar yönəldi "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşova. Elə bil ki, illərdir televiziyalarımızda baş verən bütün biabırçılığın günahı Murad Dadaşovdadır. 
Bəli, mən anlayıram ki, hər bir rəhbər öz işçisinə görə cavab verir və məsuliyyət daşıyır. Bəli, mən anlayıram ki, bu çətin məqamda hər birimizin məsuliyyəti birə-min artıb. Və əminəm ki, Murad Dadaşov bu narazılığı da həll edib bir tədbir görəcək. 
Heç nə yox , Murad Dadaşov "Xəzər"ə rəhbər gələndən televiziyaların binasının qabağındakı plakatları sökdürdü. Yadınızda olar da, hansısa serialın posteri idi. Kanalın efirində olan zər-zibalı, saçaxlı, bəzəkli kontenti yığışdırdı. 
Bu gün deyə bilərik ki, ən azı "Xəzər"in efiri bayağı, mənasız adamlardan təmizlənib. Daha səliqəli olub, xəbər buraxılışından tutmuş digər televiziya məhsullarına qədər. Ümid edirəm ki, Murad Dadaşov köhnədən qalan bir sıra problemləri də aradan qaldıracaq. Çünki komandanın gördüyü iş göz qabağındadır. Həqiqətən arzu edirəm ki, "Xəzər" regionun ən baxımlı, ən keyfiyyətli televiziya kanallarından biri olsun. Biz də deyək ki, sizin BBC-niz varsa, bizim öz yerli kanallarımız var. 
Bu da öz yerində. İndi keçirəm əsas məsələyə. Mənim əziz millətim. Mənim canım-ciyərim. Bu gün düşmənin başına od yağdıran sizsiz, bizik. Bu gün hər ailədən cəbhədə vuruşan var. Oğul, ər, qardaş, bacı var.  Bu gün cəbhədə vuruşan hər bir əsgərə mən özüm qurban olum. O mənim üçün vuruşur, o məni, balamı qoruyur. O Azərbaycanı düşmənlərdən təmizləyir. Torpağımızı işğalçılardan azad edir. 
Amma elə bu millət də hansısa aparıcıları, müğənniləri qaldırıb qoyub dağ başında, sonra da onlar nəsə səhv-düz edəndə ondan inciyir. A kişi, onları siz ulduz edib məclisləriniz başına gətirmisiz, mən yox. Heç Murad Dadaşov da onu etməyib. Siz tələb etmisiz, o, da xalqın arzusu ilə onları dəvət edib efirə. 
Sözümün canı, bu andan dəyər verdiyimiz amallar, insanlar, qəhrəmanlar dəyişməlidir. Bu gün efirlərin qəhrəmanları hansısa aparıcılar, müğənnilər olmalı deyil. Bütün Azərbaycanın bir qəhrəmanı olmalıdır, Azərbaycan əsgəri! 
Cənab Prezident demişkən,  Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik.
Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
Qurban olum bu xalqa, bu millətə! Əsas da odur ki, Qarabağ Azərbaycandır! /oxu.az

Sosial       Tarix: 02 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler kriminal son xəbərlər azərbaycanda xeber.az bu gun