Diaspor təşkilatı beynəlxalq qurumlara müraciət etdi
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki son hadisələrlə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
Konqresdən Publika.az-a verilən məlumata görə, bəyanatda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı təxribatlar və yüksək rütbəli hərbçilərimizin ölüm xəbərinin Ukraynanın ən böyük Azərbaycan diaspor təşkilatının hiddətinə səbəb olduğu vurğulanır.
İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti qanlı təxribat dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada da yaşayan soydaşlarımızın və ölkənin bütün region və şəhərlərindəki diaspor nümayəndələrinin ciddi narahatlığına səbəb olub, düşmənin növbəti məkrli siyasəti böyük hiddətlə qarşılanıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi işğalçı ölkənin növbəti qanlı həmləsini erməni şovinistlərinin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və terror siyasətinin davamı kimi qiymətləndirir, BMT, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlardan Ermənistanın azğınlaşmış təxribatlarına qarşı ciddi ölçü götürülməsinin vacibliyini bildirir.
"Qüdrətli Azərbaycan Ordusunun azğınlaşmış erməni təcavüzkarlarını geri oturtması, cəsur zabit və əsgərlərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması soydaşlarımızda sonsuz inam və qürur hissi yaradıb. Azğınlaşmış düşmənin növbəti təxribatını dəf edərkən yüksək çinli zabitlərimizin və əsgərlərimizin qəhrəmancasına şəhid olmasını, bir neçə hərbçimizin yaralanmasını ürəkağrısı ilə qarşılayır, torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik", - deyə bəyanatda qeyd edilir.
Konqres Ukraynada yaşayan yüz minlərlə soydaşımız adından bəyan edir ki, hər zaman olduğu kimi, bu ağır günlərdə də dövlətimizin, xalqımızın yanındadır, Azərbaycanın Ali Baş Komandanının istənilən çağırışına hazırdır.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib