Diaspordakı ermənilər sülh müqaviləsinə qarşı çıxır

Diaspordakı ermənilər sülh müqaviləsinə qarşı çıxırErmənistanda revanş hissi ilə alışıb-yanan qüvvələr sülh müqaviləsinə qarşıdırlar. Onlar anlayırlar ki, sülh müqaviləsi bağlandıqdan sonra bir daha Azərbaycana ərazi iddiaları irəli sürə bilməyəcəklər.
KONKRET.az xəbər verir ki, ona görə də bəzi siyasi qüvvələr nəyin bahasına olursa-olsun sülh müqaviləsinin bağlanmasının əleyhinədirlər.
Ermənistanın hərbi-siyasi cəhətdən əldən düşdüyü bir vaxtda sülh müqaviləsi imzalamağın onlar üçün ciddi təhlükə yarada biləcəyini düşünənlər hesab edirlər ki, bu vəziyyətdə bağlanacaq sülh sazişi Azərbaycanın diqtəsi altında imzalanacaq və Ermənistanın növbəti kapitulyasiya aktı olacaq. Paşinyanı siyasi alverə təhrik edənlər isə diaspordakı erməni icmasının üzvləridir. Fransadakı erməni icması birmənalı şəkildə sülh müqaviləsinə qarşıdır.
Marseldəki Abovyan kollecinin rəhbəri, yazıçı Karen Xurşudyan da müqaviləyə qarşıdır: "İrəvanla Bakı arasında real sülh müqaviləsinə nail olmağın yeganə yolu Ermənistanın hərbi cəhətdən güclənməsidir".
Bu cür təhlükəli fikirlər səsləndirən ermənilərin məqsədi aydındır: "Heç bir avropalı Ermənistanın sərhədlərini tam müdafiə etməyə gəlməyəcək, heç bir avropalı Azərbaycanı Haaqa Məhkəməsinin qərarını yerinə yetirməyə məcbur etməyəcək. Əsl sülh müqaviləsi ancaq hərbi paritet şəraitində imzalana bilər". Xurşudyanın sözlərinə görə, Fransa Ermənistanın hərbi baxımdan gücləndirilməsinin vacibliyini çox yaxşı anlayır: "Ermənistan öz xarici siyasət əlaqələrini şaxələndirməyi bacarmalıdır, özü üçün lazımi fayda əldə etməlidir. Bu yolda xarici oyunçularla ümumi maraqların yaradılması vacibdir. Əks halda başqaları həmişə İrəvandan öz məqsədləri üçün istifadə edəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum