Dietoloqa kimlər müraciət etməlidir?
Uzun illərdir ki, dietologiya tibb elminin bir bölməsinə çevrilib. İnsanlar sağlam həyat tərzi yaşamaq üçün dietoloqların məsləhəti ilə qidalanır, onların göstərişlərinə əməl edirlər.
Qəbul elədiyimiz gündəlik qidalar hava və su kimi orqanizmimizə lazımdır. Qidaların tərkibindəki maddələr sayəsində orqanizm ehtiyacı olan həyat əhəmiyyətli vacib maddələri qəbul edir. Onu da qeyd etmək lazımdır ki, orqanizmin sağlamlığı və ömrün uzunluğu qəbul edilən qidalardan çox asılıdır.
Son bir-neçə onillikdə sağlamlıqlarının qayğısını çəkən isanlar qida rasionunu dietoloqların məsləhətlərinə uyğun tərtib edirlər. Düzgün olmayan qidalanma, stresslər, azhərəkətlilik, spirtli içki və siaret qəbulu, ayaqüstü yeməklər insanlarda bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olduğunu düşünsək dietoloqların məslətəhi ilə qidalanmaya üstünlük vermək olar. Çünki bu cür həyat rejimi ciddi xəstəliklərin - o cümlədən şəkərli diabetin, ürəyin işemik xəstəliklərinin, arterial təzyiqin, ateresklerozun meydana gəlməsinə səbəb olur. Bəs nə zaman dietoloqlara müraciət etmək lazım olduğunu bilirsinizmi?
Həkimlər aşağıdakı hallarda dietoloqa getməyin mütləq olduğunu söyləyirlər:
* artıq çəki, piylənmə
* çəkinin normadan az olması
* şəkərli diabet və digər endokrin xəstəliklər
* maddələr mübadiləsi pozğunluqları zamanı
* təngnəfəslik və şişkinlik olduqda
* qanda xolesterolun miqdarı çox olduqda
* mədə-bağırsaq xəstəlikləri
* qaraciyər xəstəlikləri
* ürək-damar xəstəlikləri
* atereskleroz
* müxtəlif qida allergiyaları
* menopauza dövrü
* orqanizmin ümumi təmizlənməyə ehtiyacı olduğu zaman
* idman məşğələləri ilə məşğul olduqda
* yuxu pozğunluqlarında
* onurğanın müxtəlif hissələrində ağrılar olduqda.
Düzgün seçilmiş dietoloq və düzgün qidalanma rejimi arterial təzyiqin normallaşmasına, çəkinin normaya düşməsinə, xroniki yorğunluq əlamətlərinin aradan qalxmasına, maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ