Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova "Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı"nın onlayn platformasının təqdimatında deyib.
Onun sözlərinə görə, buna səbəb odur ki, doktoranturada ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edilir və azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər.
Sayalı Sadıqova qeyd edib ki, Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac yoxdur.
Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə isə dilçinin iradına cavab olaraq sözügedən ingilis dili imtahanında B2 səviyyəsi tələb olunduğunu deyib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi