Dilqəm Əsgərovun oğlunun kartından pul oğurladılar - FOTO
Özlərini bank əməkdaşları kimi təqdim edərək vətəndaşlarla əlaqə saxlayan və onların kart məlumatlarını ələ keçirən 6 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayır.
KONKRET.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Aygün Qurbanova sədrlik edəcək.
Zərərçəkmiş qismində 21 nəfər tanınıb. Onların arasında uzun müddət erməni əsirliydə qalan, 6 ildən sonra azad edilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da var.
Qeyd edilən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Hüseynov Kənan, Xanna Əliyeva və Dilşad İsmayılova ötən ilin oktyabrında saxlanılıblar. Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb. Qruplaşma üzvləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə (Oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunurlar.
/qafqazinfo/
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar