DİN bu şəxslərə xəbərdarlıq etdi: "Cəriməni ödəmədən...
DİN bu şəxslərə xəbərdarlıq etdi: "Cəriməni ödəmədən..."
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısı alınacaq.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu məqsədlə respublikanın bütün sərhəd məntəqələrində Baş DYP İdarəsi tərəfindən 5 dildə hazırlanmış buklet və plakat formasında olan xüsusi bildirişlərin paylanılmasına başlanılıb.
Azərbaycan Respublikasının ərazisində yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən ölkəmizin ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların 2020-ci il fevralın 13-dən başlayaraq Azərbaycan Respublikasından getmələri müvəqqəti məhdudlaşdırılacaq.
Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.
Həmçinin ilin əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edilib. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb