Diplomlarla bağlı qaydalar təsdiqləndi

Diplomlarla bağlı qaydalar təsdiqləndiAli təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydası təsdiqlənib.
azxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir.
Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir.
Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizə və ya sənədlərdə qeyridəqiqlik ("İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və müəssisədən məzunolma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (ali təhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisənin hüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.

Sosial       Tarix: 08 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vəfat edən DSX əsgərinin fotosu

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov dəfn olunub. -a istinadən xəbər verir ki, hərbi qulluqçu Masallı rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, mərhum uzun sürən ağır xəstəlikdən müalic

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılı

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsi

Ankara məktəbi'nə yeni direktor təyin edildi

"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin edilib. xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov müvafiq təyinatla bağlı əmr imzalayıb. Bildirilib ki, əmrə əsasə

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumların

Səhiyyə nazirinə yeni müşavir təyin edildi

Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, o, səhiyyə nazirinin müşaviri təyin edilib. Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmolo

Birinci xanımlar bir arada - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber krimnal xeber son xeberler bu gun bugunun xeberleri