Diş implantı kişinin beyninə "girdi" - FOTO
Türkiyənin Bursa şəhərində kişi diş implantasiyası zamanı həyatının şokunu yaşayıb.
KONKRET.azxəbər verir ki, özəl xəstəxanaların birində həkimin səhv müdaxiləsi nəticəsində implant çənə sümüyünü deşərək xəstənin beyninə ilişib.
Belə ki, 40 yaşlı Ramazan Yılmaz diş müalicəsi üçün Nilüfer rayonundakı özəl diş klinikasına gedib. Onu müayinə edən həkim AD Yılmaza dişlərinin boş olduğunu və buna görə də çəkilməli olduğunu bildirib. O, çıxarılan dişlərin yerinə implantların qoyulmasını tövsiyə edib. Həkimin məsləhəti ilə müalicəni qəbul edən Yılmaz dişi çəkildikdən sonra yenidən implant üçün masaya əyləşib.
İddialara görə, implantı çənəyə yerləşdirmək istəyən həkimin səhv müdaxiləsindən sonra vint Yılmazın çənə sümüyünü deşərək kəllə sümüyünün içinə ilişib. Yılmazın ağrıdan huşunu itirməsindən sonra həkim A.D vintin kəllə sümüyünün içində olduğunu görüb və dərhal Yılmazı şəxsi maşını ilə xəstəxanaya aparıb.
Xəstəxanada çəkilən tomoqrafiyadan sonra gözlərinə inana bilməyən həkimlər iki uşaq atasını dərhal əməliyyata aparıblar. Saatlarla davam edən əməliyyatdan sonra həyata qayıdan Yılmaz həkimi polisə şikayət edib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi